Yuxarı

Putin və Zelenskinin İstanbulda görüşməməsi... - Ərdoğan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin və Zelenskinin İstanbulda görüşməməsi... - Ərdoğan

Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında İstanbulda planlaşdırılan danışıqlar zamanı görüşün baş tutmaması Türkiyə ilə bağlı deyil.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bu baxımdan, vəziyyətin (Putin və Zelenski arasında təmasların olmaması - red.) bizə aidiyyəti yoxdur. Əgər bu məsələdə aktiv mövqe tutan liderlərə baxsaq, cənab Putin önəmli və aparıcı fiqurdur. Cənab Tramp da dominant oyunçudur. Cənab Zelenski də eyni vəziyyətdədir. Biz onların hamısına çağırış etmişik. 2022-ci il fevralın 24-də başlayan müharibəyə son qoyulması və bölgədə sülhün bərqərar olması üçün iki ölkə nümayəndə heyətlərinin İstanbulda bir araya gəlməsi son dərəcə vacib idi. Türkiyə lap əvvəldən müharibənin bitməsi üçün çox səy göstərir. Bu görüş də son nəticədə sülhün qapılarını açacaq mühüm addım kimi planlaşdırılırdı. Türkiyə olaraq ədalətli və davamlı sülh üçün çalışırıq. Biz təkcə müharibəyə son demirik, bunun üçün üsullar da təklif edirik, zəmin hazırlayır, çağırışlar edirik. Müharibənin bitməsi üçün ilk növbədə silahlar susmalı, diplomatiya danışmalıdır. Bizim ən böyük arzumuz sülh danışıqlarından qəti nəticə əldə etməkdir. Biz dialoq kanallarının açıq qalması və tərəflər arasında danışıqların davam etdirilməsi üçün hər cür səy göstərəcəyik”, - Türkiyə lideri əlavə edib.

Tarix
2025.05.17 / 15:06
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla