Yuxarı

Leyen Avropanın lideri seçildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyen Avropanın lideri seçildi

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenə “Karl” beynəlxalq mükafatı təqdim edilib. O, Avropanın lideri və dünyada Avropanın güclü səsi kimi bu mükafata layiq görülüb.

Axar.az xəbər verir ki, Almaniyanın Aaxen şəhərində keçirilən təqdimat mərasimində 700-dək nüfuzlu qonaq, o cümlədən AB Şurasının Prezidenti Antonio Kosta, Almaniyanın kansleri Fridrix Merz, İspaniya Kralı V Filipp iştirak ediblər.

U.Leyen çıxışında dünyadakı böhranlar fonunda Avropanın müstəqilliyinin daha da möhkəmləndirilməsinin vacibliyinə diqqət çəkib:

“Avropanın yenidən ayağa qalxmasının və növbəti böyük Avropa layihəsini həyata keçirməsinin vaxtı çatıb”.

Son dövrlərdə artan geosiyasi gərginliklərə də toxunan U.Leyen dünyanın yenidən imperialist iddiaları və müharibələrlə xarakterizə olunduğunu vurğulayıb.

Tarix
2025.05.29 / 19:41
Müəllif
Axar.az
Digər xəbərlər

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla