Yuxarı

Ukrayna İstanbulda əldə olunun bu anlaşmanı pozdu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna İstanbulda əldə olunun bu anlaşmanı pozdu

Ukrayna tərəfi qəfil şəkildə həm həlak olmuş hərbçilərin nəşlərinin qəbulunu, həm də hərbi əsirlərin mübadiləsini qeyri-müəyyən vaxta qədər təxirə salıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski məlumat yayıb.

O bildirib ki, Rusiya tərəfi İstanbul razılaşmalarına tam uyğun şəkildə 6 iyun tarixində Ukraynaya 6 mindən çox həlak olmuş Ukrayna Silahlı Qüvvələri hərbçisinin nəşinin təhvil verilməsi və yaralı, ağır xəstə, həmçinin 25 yaşdan kiçik hərbi əsirlərin mübadiləsinə dair humanitar aksiyanın icrasına başlayıb:

“Ukrayna Silahlı Qüvvələrinin 1 212 nəfərlik ilk partiya donmuş cəsəd artıq soyuducu konteynerlərdə mübadilə məntəqəsinə çatdırılıb. Qalan cəsədlər də yoldadır. Bundan əlavə, “yaralılar, ağır xəstələr və gənclər” kateqoriyasına daxil olan 640 hərbi əsirin siyahısı Ukrayna tərəfinə təqdim olunub ki, mübadilə prosesi başlaya bilsin. Rusiya Müdafiə Nazirliyinin əlaqə qrupu artıq Ukrayna sərhədindədir".

O əlavə edib ki, Rusiya Ukrayna tərəfini 6 min hərbçinin nəşini götürməyə çağırır ki, ailələri onları insan kimi dəfn edə bilsinlər.

Tarix
2025.06.07 / 15:50
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla