Yuxarı

Ukraynada hava döyüşü: İlk dəfə F-16 Su-35-lə qarşılaşdı və…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynada hava döyüşü: İlk dəfə F-16 Su-35-lə qarşılaşdı və…

Ukrayna hava döyüşündə tarixi qələbə qazandı: Qərb istehsalı F-16 qırıcı təyyarəsi ilk dəfə olaraq Rusiya istehsalı Su-35-i vurdu.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov ötən gün Su-35 qırıcısının vurulması haqda “Bild”in materialına istinadla qeyd edib.

O bildirib ki, döyüş Ukraynanın şimal-şərqində baş verib:

“Sum vilayətinin müdafiəsi çərçivəsində Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın ölkə daxilində və qonşu Kursk vilayətindəki mövqelərinə aviazərbələr endirib. Cavab olaraq Rusiya Hərbi-Kosmik Qüvvələri havada üstünlük əldə etmək üçün yüksək texnologiyalı Su-35 qırıcı təyyarəsini döyüşə göndərib. Lakin rus pilot pusquya düşdüyündən xəbərsiz idi: ABŞ istehsalı olan F-16 ilə birlikdə havaya qalxan İsveçin Saab 340 AEW&C radar təyyarəsi Su-35-i sərhəddən 200-300 km məsafədə aşkar edərək koordinatları F-16-ya ötürb. ABŞ-ın F-16 qırıcısı AIM-120 raketini buraxıb və Su-35 Rusiya ərazisində, Kursk vilayətinin Korenevo şəhəri yaxınlığında, sərhəddən 16 km aralıda vurulub. Pilot katapult edərək xilas olub. Ukrayna qırıcıları itkisiz şəkildə bazaya qayıdıb.

Burada məsələ təkcə F-16-da deyil, əsas məsələ İsveçin AWACS sistemidir. Bu sistem rus təyyarələrini yüzlərlə kilometr uzaqlıqdan aşkar edir və F-16 raketlərini real vaxtda yönləndirir. Su-35 ona hücum edildiyini belə müəyyən edə bilməyib”.

Tarix
2025.06.09 / 00:27
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla