Yuxarı

Hindistanda təyyarə qəzası: 310-dan çox insan həlak oldu - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hindistanda təyyarə qəzası: 310-dan çox insan həlak oldu - Video

12:55

Hindistanın Əhmədabad hava limanı yaxınlığında sərnişin təyyarəsi qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat verib.

***

Hindistanın qərbindəki Əhmədabad şəhərində hava limanı yaxınlığında qəzaya uğrayan "Air İndia" təyyarəsinin göyərtəsində 240-dan çox sərnişin olub.

Bu barədə NDTV xəbər verib.

Təyyarənin Böyük Britaniyanın Birmingem şəhərinə uçduğu bildirilir.

"Flightradar24" isə xəbər verir ki, qəzaya uğrayan "Boinq 787-8 Dreamliner" təyyarəsi olub və havaya qalxdıqdan bir neçə saniyə sonra qəza siqnalı verib.

***

İlkin məlumata görə, qəza nəticəsində 30 nəfər ölüb.

Hindistan Mülki Aviasiya Baş İdarəsi bildirib ki, təyyarədə 242 nəfər olub.

“Onlardan 2-si pilot, 10-u isə uçuş bələdçisidir”, - məlumatda qeyd olunub.

NDTV kanalının məlumatına görə, qəza nəticəsində sağ qalanlar var.

***

Hindistanın “TaymsNou” kanalının məlumatına görə, qəzada həlak olanların sayı 110-a yüksəlib.

***

Hindistanda qəzaya uğrayan təyyarənin göyərtəsində 169 Hindistan, 53 Britaniya, 7 Portuqaliya və 1 Kanada vətəndaşı olub.

Bu barədə "Air İndia" məlumat yayıb.

Təyyarənin həkimlər üçün yataqxana binasının üzərinə düşdüyü bildirilir.

Xatırladaq ki, təyyarədə 12 heyət üzvü də olub.

***

Hindistanda “Air İndia” aviaşirkətinə məxsus “Boinq 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 133 nəfərə çatıb.

***

Hindistanda qəzaya uğrayan “Air İndia” aviaşirkətinə məxsus “Boinq 787-8 Dreamliner” təyyarəsinin göyərtəsində olan 242 nəfərin hamısı həlak olub.

Bu barədə “Ntws 18” telekanalı məlumat yayıb.

***

Hindistanın qərbində baş verən təyyarə qəzasında ümumilikdə 290-dan çox insan həlak olub.

Bu barədə “Röyters” polisə istinadən məlumat yayıb.

Qeyd edək ki, təyyarə tibb müəssisəsinin yataqxanasına çırpılıb.

***

Hindistanın qərbində “Boinq 787 Dreamliner” təyyarəsinin qəzaya uğraması nəticəsində 310-dan çox insan həlak olub.

Bu barədə “Nyu İndian Ekspress” məlumat yayıb.

Tarix
2025.06.12 / 20:46
Müəllif
Axar.az
Digər xəbərlər

İran yenə Ermənistanla bağlı “qırmızı xətt”indən danışdı

Zaur Şiriyev İrəvanda: Biz orta gücük!

Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - Müraciət

Azərbaycan qazı AB-nin daha iki ölkəsinə çatdı - Əliyev

Azərbaycan və Türkiyə hərbçiləri arasında müzakirə...

İlham Əliyev Kaya Kallası qəbul etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Prezident bu sazişi təsdiqlədi

İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

Ceyhun Bayramov Kaya Kallasla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla