Yuxarı

Qaçqınların sayı rekord həddə çatdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qaçqınların sayı rekord həddə çatdı

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ümumdünya Qaçqınlar Günü münasibətilə yaydığı hesabata görə, 2015-ci ildə dünyada qaçqın, məcburi köçkün və sığınacaq axtaran insanların sayı 65,3 milyon nəfər olub.

Axar.az xəbər verir ki, hələ 2011-ci ildə BMT dünyadakı qaçqınların sayının 42,5 milyona çatdığını elan etmişdi. Cəmi beş il keçməsinə baxmayaraq bu kədərli rekordu daha böyük rəqəmlə yeniləmək lazım gəlib. Hesabatda bildirilir ki, planetimizdə hər 113-cü insan qaçqınlıq həyatı yaşamağa məcburdur və cəmi bir il ərzində qaçqınların sayı 12,4 milyon çoxalıb. Yeni qaçqın kütləsinin yarıdan çoxu cəmi üç ölkənin payına düşür: Suriya (4,9 milyon nəfər), Əfqanıstan (2,7 milyon nəfər) və Somali (1,1 milyon nəfər).

Türkiyə artıq ikinci ildir ki, ən çox qaçqın qəbul edən ölkələr siyahısında ilk yerdə durur. Bu ölkəyə pənah gətirən qaçqınların sayı 2,5 milyondan artıqdır.

Ekspertlərin rəyincə, "soyuq müharibə" dövründən qalmış və həllini gözləyən münaqişələr, eləcə də son illərdə alovlanan yeni münaqişə ocaqları və vətəndaş müharibələri qaçqınların sayının sürətlə artmasının əsas səbəbləridir.

Tarix
2016.06.21 / 01:46
Müəllif
Axar.az
Digər xəbərlər

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla