Yuxarı

Tramp şikayət etdi: Nobel almayacağam

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp şikayət etdi: Nobel almayacağam

ABŞ Prezidenti Donald Tramp Konqo Demokratik Respublikası ilə Ruanda Respublikası arasında onilliklərdir davam edən qanlı münaqişəyə son qoyacaq sülh razılaşmasının əldə olunmasında vasitəçi olduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, Tramp bunu sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, bu razılaşma ABŞ-ın Dövlət katibi Marko Rubio ilə birgə səyləri nəticəsində mümkün olub:

“Ruanda və Konqo nümayəndələri sənədləri imzalamaq üçün bazar ertəsi Vaşinqtona gələcəklər. Bu, Afrika üçün böyük bir gündür və açığı, bütün dünya üçün də böyük gündür”.

Prezident həmçinin bildirib ki, bu kimi təşəbbüslərinə baxmayaraq, Nobel Sülh Mükafatına layiq görülmür:

“Mən Hindistan və Pakistan, Serbiya və Kosova, Misir və Efiopiya, eləcə də İsrail və İran arasında sülhə töhfələr versəm də, heç vaxt Nobel Sülh Mükafatı almayacağam. Amma insanlar nə etdiyimi bilirlər və mənim üçün vacib olan da budur.

Tramp özünün təşəbbüsü ilə həyata keçirilmiş “İbrahim saziş”ini Yaxın Şərqdə əsrlər sonra ilk dəfə birliyi təmin edən razılaşma adlandırıb.

Tarix
2025.06.21 / 14:01
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla