Yuxarı

Dəməşqdə güclü partlayış: 20 ölü, 51 yaralı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəməşqdə güclü  partlayış: 20 ölü, 51 yaralı - Video

2025.06.22. 20:34

Suriyanın paytaxtı Dəməşqin şərqində güclü partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.

Məlumata görə, hadisə Müqəddəs Elias katolik monastırının ərazisində baş verib.

Yerli mənbələr partlayışı kamikadzenin törətdiyini bildirirlər.

Son məlumatlara görə, ən azı 15 nəfər ölüb, 22 nəfər ağır yaralanıb. Rəsmilər hələ baş verənləri şərh etməyiblər. Hadisə ilə bağlı araşdırma aparılır.

***

Dəməşq yaxınlığındakı Müqəddəs Elias kilsəsində partlayış nəticəsində azı 20 nəfər ölüb, 51 nəfər yaralanıb.

Bu barədə Suriyanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, ibadət ocağına daxil olan terrorçu özünü partladıb.

Hadisə şahidlərinin yerli televiziyaya verdiyi məlumata görə, hadisə vaxtı kilsədə olanlar binaya daxil olan silahlı şəxsi saxlamağa cəhd ediblər. Bu zaman o özünü partladıb.

Terror aktı nəticəsində tarixi kilsəyə də ciddi ziyan dəyib.

Tarix
2025.06.23 / 01:29
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla