Yuxarı

Acapaxyan piyada İrəvana ifadə vermək üçün gedir - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:04

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları Eçmiədzində bütün ermənilərin katolikosunun iqamətgahının yerləşdiyi əraziyə daxil olublar.

Axar.az xəbər verir ki, Ermənistan MTX-nin xüsusi təyinatlıları bütün ermənilərin katolikosu II Qareginin Eçmiədzindəki iqamətgahının ərazisinə keçiblər.

Bildirilib ki, xüsusi təyinatlıların keşişlərin müşavirəsində iştirak etmək üçün orada olan Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyanı həbs etmək üçün gəldiyi ehtimal olunur.

Daha əvvəl verilən məlumata əsasən, 30-a yaxın maskalı şəxs Şirak yeparxiyasının binasına daxil olub.

***

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməliyyat keçirdiyi bütün ermənilərin katolikosunun Eçmiədzindəki iqamətgahının həyətində polislər və keşişlər arasında dava baş verib.

Daha əvvəl maskalı xüsusi təyinatlılar iqamətgaha daxil olub. Keşişlər əməliyyata mane olmağa çalışırlar.

***

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) arxiyepiskop Mikael Acapaxyanı II Qareginin iqamətgahının yerləşdiyi Eçmiədzin monastrından aparıb.

Onun saxlanılmasından sonra monastr ətrafında vəziyyət gərgin olaraq qalır. Güc strukturları ilə dindarlar arasında vaxtaşırı toqquşmaqlar baş verir.

***

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları arxiyepiskop Mikael Acapaxyanı saxlaya bilməyib və Eçmiədzindəki monastrı tərk ediblər.

MTX-nin bəyanatında deyilir ki, buna səbəb kimi monastr ətrafında çoxlu sayda insanın toplaşması olub.

“MTX və polis təhlükəsizlik səbəbləri ilə və vəziyyətin bilərəkdən qızışdırılmasının qarşısını almaq üçün Eçmiədzin ərazisini tərk etmək qərarına gəlib. Mikael Acapaxyanı gizlənməməyə, MTX-nin operativ qrupu üzvlərinin yanına gəlməyə çağırırıq”, - bəyanatda deyilir.

***

Ermənistan İstintaq Komitəsi güc strukturlarının arxiyepiskop Mikael Acapaxyanı saxlamasına mane olunması faktı ilə bağlı cinayət işi açıb.

Bu barədə Ermənistan mediasına məlumat yayıb.

"Onun saxlanılması zamanı bir qrup şəxs hüquq-mühafizə orqanlarının qanuni fəaliyyətinə maneə törədib, cinayət işi açılıb", - İstintaq Komitəsinin açıqlamasında deyilir.

***

Şirak yeparxiyasının rəhbəri Mikael Acapaxyan vəkilləri ilə birlikdə İrəvanda Ermənistan İstintaq Komitəsinə ifadə vermək üçün piyada yola düşüb.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Vətəndaşlar onun könüllü olaraq İstintaq Komitəsinin qarşısına çıxmasına imkan yaradıblar.

Tarix
2025.06.27 / 16:34
Müəllif
Axar.az
Digər xəbərlər

“Qərbi Azərbaycan” ifadəsini işlətmək yolverilməzdir - Sübhani

İrandan təxliyə davam edir: ölkəmizə gələnlər... - Foto

İsraillə qarşıdurma: İran əmindir ki, Bakı buna imkan verməz!

İrandan şok açıqlama: Trampa və Netanyahuya dəstək verildi

İran-İsrail qarşıdurması: Bakı ilə bağlı cəfəngiyyat... - Prezident

İlham Əliyev İran səfirini qəbul etdi - Foto

Yaşar Gülər Kərim Vəliyevi qəbul etdi

Prezident iki yeni səfiri qəbul etdi - Foto

Azərbaycan özünün enerji potensialını daim artırır

Bakıdakı partlayışda xəsarət alan varmı? - DİN-dən açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla