Yuxarı

Dünya şöhrətli aktrisa Ukrayna üçün üsyan etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya şöhrətli aktrisa Ukrayna üçün üsyan etdi

Ukraynada doğulan aktrisa və model Mila Yovoviç doğulduğu ölkədə yaşanan hadisələrdə zərər görənlərə yardım edəcəyini açıqlayıb.

"Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Yovoviç Ukraynada şiddətə məruz qalanlar üçün kampaniya keçirəcəyini söyləyib.

Feysbuk səhifəsindən duyğularını dilə gətirən aktrisa "Siyasətlə maraqlanmıram, ancaq əlinə silah götürənlərə deyil, orada yaşanan şiddətin qurbanı olanlara kömək etmək üçün əlimdən gələni edəcəyəm. Fərdi olaraq o insanlara kömək etmənin yolunu tapacağam. Onlar nə üçün mübarizə aparırlar-aparsınlar, ancaq arada günahsız insanlar zərər görür. Bu, qətiyyən qəbul edilə bilməz",- sözlərini yazıb.

Yovoviç ianə yığan hər hansı bir internet saytının olmamasına da diqqət edib. 38 yaşlı Mila Yovoviç Serb atanın və rusiyalı ananın övladıdır. O, "Resident Evil" filmi ilə məşhurlaşıb. Aktrisa filmin rejissoru Pol V.S Andersonun həyat yoldaşıdır.

Tarix
2014.02.24 / 23:08
Müəllif
Gülnarə Kərimova
Digər xəbərlər

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla