Yuxarı

Mühüm yataq işğal edildi, Trampdan səs çıxmadı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mühüm yataq işğal edildi, Trampdan səs çıxmadı

Kiyevin Donetskin qərbindəki litium yatağına nəzarəti itirməsinə Vaşinqtonun reaksiya verməməsi ABŞ Prezidenti Donald Trampın Ukraynaya marağının demək olar ki, tamamilə itdiyini nümayiş etdirir.

Axar.az xəbər verir ki, bu fikri Vaşinqtonda yerləşən “Müdafiə Prioritetləri” analitik mərkəzinin tədqiqatçısı Cennifer Kavano qələmə aldığı məqaləsində bildirib.

"Sənaye analitikləri sözügedən litium yatağının kifayət qədər kiçik, lakin filizin konsentrasiyasına və yüksək keyfiyyətinə görə qiymətli olduğunu hesab edirlər. Başqa sözlə, Tramp administrasiyası bu ilin əvvəlində Ukrayna ilə gündəmdə olan faydalı qazıntı müqaviləsi imzalayanda məhz bu aktivdən istifadə etmək istəyirdi", - o qeyd edib.

Kavanonun sözlərinə görə, faydalı qazıntıların Rusiyanın əlinə keçməsi Tramp və ya onun müşavirlərinin açıq reaksiyasına səbəb olmayıb:

“Sazişin ABŞ-ın Ukraynada daimi və uzunmüddətli maraqlarını və gələcəkdə onun təhlükəsizliyini təmin edəcəyinə ümid edən Ukrayna və onun tərəfdarları, şübhəsiz ki, məyus olacaqlar. Bu vəziyyət Ukraynanın hazırda Trampın prioritetlər siyahısında nə qədər aşağı yer tutduğunu göstərir”.

Tarix
2025.07.03 / 09:08
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət əleyhinə çağırışlar yayan bu 7 nəfər axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla