Yuxarı

1876-cı ildən 1950-yə gələn adam – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
1876-cı ildən 1950-yə gələn adam – Video

1950-ci ildə köhnə dəblə geyinmiş bir şəxs anidən Tayms meydanında ortaya çıxır. Hadisə şahidləri adamın qorxduğunu söyləyirlər.

Axar.az xəbər verir ki, bu haqda Yutub sosial şəbəkəsində "1876-cı ildən gələn adam" video-materialda məlumat verilir. Süjetdə deyilir ki, meydanda görünəndən 1 dəqiqə sonra həmin şəxsi maşın vuraraq öldürür.

Ölən şəxsin üzərindən Rudolf Fenz adlı adama aid bir iş vəsiqəsi, müasir dövrə aid olmayan bir bara məxsus 5 sent dəyərində pivə jetonu və 70 dollarlıq qədim əskinas və 1876-cı ildə Filadelfiyadan göndərilmiş bir məktub tapılır.

Bir çoxları Rudolf Fenz adlı həmin adamın keçmişdən gəldiyini iddia edirlər. Araşdırmalara başlanılır. Onun sənədlərində adı çəkilən obyektlərə baş çəkilir. Nəhayət, həmin şəxsin dul qalmış gəlini tapılır. Məlum olur ki, həmin qəribə adam 1876-cı ildə, 29 yaşındaykən evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bundan sonra insanlarda zamanda yolçuluq anlayışı formalaşmağa başlayır.

Keçmişə və gələcəyə səyahətin və Rudolf Fenz olayının gerçək olub-olmaması ilə bağlı təqdim edəcəyimiz videoda daha ətraflı öyrənə bilərsiniz:

Tarix
2016.06.27 / 11:48
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla