Yuxarı

Türkiyə üçün tarixi gün: PKK-çılar silahlarını ocağa atdı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə üçün tarixi gün: PKK-çılar silahlarını ocağa atdı - Video

10:45

Türkiyənin 41 ildir mübarizə apardığı PKK terror təşkilatı bu gündən silahı yerə qoymağa başlayacaq.

Axar.az xəbər verir ki, proses 30 nəfərlik qrupun silahı yerə qoyması ilə start götürəcək.

Mərasimin İraqın Süleymaniyyə şəhərinin Dukan rayonunda baş tutacağı və saat 10:00-da başlayacağı bildirilir.

Üç-dörd aya tamamlanacaq prosesə MİT və Türkiyə Silahlı Qüvvələri nəzarət edəcək. Təyin olunmuş mərkəzlərdə toplanan silahlar xüsusi üsullarla məhv ediləcək və üçüncü ölkəyə göndərilməyəcək. Silahsızlaşdırma prosesi ilə paralel olaraq təşkilatın logistik mərkəz kimi istifadə etdiyi anbarlar da məhv ediləcək. Proses irəlilədikcə düşərgələr də boşalacaq. Cinayətlərlə əlaqəsi olmayan şəxslər istəsələr, sərbəst şəkildə Türkiyəyə qayıda biləcəklər. Bu şəxslərə qarşı heç bir ittiham irəli sürülməyəcək.

Prosesin digər detalları isə təhlükəsizlik baxımından gizli saxlanılır.

***

“Terrorsuz Türkiyə” quruculuğu prosesi çərçivəsində keçmiş PKK terror təşkilatı bu gündən silahları təhvil verməyə başlayıb.

Bu barədə "CNN Türk" məlumat yayıb.

Məlumata görə, silahlar İraqın Süleymaniyə şəhərinin Raperin bölgəsində təhvil verilir.

***

“Terrorsuz Türkiyə” quruculuğu prosesi çərçivəsində İraqın şimalında yerləşən Süleymaniyə şəhərində silahları təhvil verməyə başlayan keçmiş PKK terror təşkilatı proses barədə açıqlama yayıb.

Özünə "Sülh və Demokratik Cəmiyyət Qrupu" adını verən terror təşkilatı PKK-nın tərəfdarları bu addımı Abdullah Öcalanın iyunun 19-dakı çağırışı əsasında atdıqlarını bildiriblər.

Qeyd edilib ki, silahlar prosesi müşahidə edənlərin gözü qarşısında yandırılıb.

Tarix
2025.07.11 / 13:25
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla