Yuxarı

Putin Trampın ultimatumuna cavabı belə verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Trampın ultimatumuna cavabı belə verdi

Rusiyanın Ukraynaya qarşı son kütləvi hücumu Kremlin ABŞ Prezidenti Donald Trampın ultimatumuna cavabıdır.

Axar.az xəbər verir ki, bu barədə “Skay Nyus”un təhlükəsizlik və müdafiə üzrə analitiki Maykl Klark bildirib.

O hesab edir ki, bu yolla ruslar dünyaya Amerika liderinin xoşuna gəlməyəcək mesaj göndəriblər. Moskva da Trampın bəyanatlarından təsirlənmədiyini nümayiş etdirir:

"Rusların bütün dünyaya göndərdiyi mesaj ondan ibarətdir ki, onlar davam edir. Rusiya Ukraynanın hər yerində həm hərbi, həm də mülki əhəmiyyət daşıyan şəhərləri vurur".

Xatırladaq ki, ötən gecə ruslar Ukraynaya kütləvi PUA hücumu həyata keçiriblər. Ümumilikdə 400 ədəd “Şahid” PUA-sı və müxtəlif tipli dron imitatorları buraxılıb. Ruslar İsgəndər-M ballistik raketi ilə də zərbə endiriblər.

Qeyd edək ki, daha öncə Tramp Putin əleyhinə çıxış edib.

Tarix
2025.07.17 / 09:09
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla