Yuxarı

Prezidentin maşınına benzin yerinə su vurdular, yolda qaldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin maşınına benzin yerinə su vurdular, yolda qaldı

İran Prezidenti Məsud Pezeşkian bu yaxınlarda Təbrizə qeyri-rəsmi səfəri zamanı qeyri-adi vəziyyətlə üzləşib. Onun kortejindəki hər üç avtomobildə Qəzvin əyalətinə gedən yolda nasazlıq yaranıb.

Axar.az "Azad İran" Teleqram kanalına istinadla xəbər verir ki, bu barədə prezidentin xüsusi müfəttişi Mustafa Mövləvi məlumat verib.

Mövləvinin sözlərinə görə, avtomobil kolonu Rəşt magistralının çıxışına yaxın yanacaqdoldurma məntəqəsində dayanaraq benzin doldurub, lakin sonradan yanacağın su ilə qarışdırıldığı məlum olub.

Hər üç avtomobilin hələ Takestan şəhərinə çatmamış mühərriki dayanıb. Yoxlama göstərib ki, bu yanacaqdoldurma məntəqəsində əvvəllər də oxşar qanun pozuntuları qeydə alınıb, lakin o, fəaliyyətini davam etdirib.

İnsidentə baxmayaraq, Pezeşkian əyalət rəhbərliyinə müraciət etməyib və rəsmi araşdırma başlatmayıb. Əvəzində taksi ilə Təbrizə yolunu davam etdirib.

Mustafa Mövləvi qeyd edib ki, bu hadisə məsuliyyətsizliyin və yanacaqdoldurma məntəqəsində nəzarətin olmamasının nümunəsidir və adi vətəndaşları da təhdid edə bilər.

Tarix
2025.07.17 / 11:50
Müəllif
Axar.az
Digər xəbərlər

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla