Yuxarı

Azərbaycanlılar Türkiyənin Tiflis səfirliyində

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda yaşayan azərbaycanlılar Türkiyədə törədilmiş terror qurbanlarının xatirəsini anıblar.

Axar.az xəbər verir ki, Gürcüstan-Azərbaycan Milli Konqresinin, Gürcüstan Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının, Gürcüstan Müsəlmanları İdarəsinin rəhbər şəxsləri, Tiflisdəki ali məktəblərin tələbələri, ziyalılar iyunun 30-da Türkiyənin Gürcüstandakı səfirliyinə gələrək başsağlığı verib, terror qurbanlarının yaxınlarına Allahdan səbir, yaralılara şəfa diləyiblər. Onlar səfirlikdə yaradılmış xatirə kitabına ürək sözlərini yazıblar.

İyulun 30-da Gürcüstanın hökumət üzvləri, siyasi partiyaların rəhbərləri, diplomatik korpusun əməkdaşları da səfirliyə gələrək terror qurbanlarının xatirəsini ehtiramla yad edib, qardaş türk xalqına başsağlığı veriblər.

Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gümrükçü jurnalistlərə müsahibəsində deyib: "Türkiyə dünyada terror və zorakılığa qarşı qətiyyətlə mübarizə aparan bir ölkədir. Bu cür terror aktları, cinayətlər bizi yolumuzdan döndərə bilməyəcək. Türkiyə dövləti Fransada və digər ölkələrdə baş verən terror hadisələrini də qətiyyətlə pisləyib və bu müdhiş bəlaya qarşı birgə mübarizənin əhəmiyyətini vurğulayıb. Biz bu gün də dünya birliyini terrora qarşı birgə mübarizəyə səsləyirik və qüvvələrimizi səfərbər etməyə çağırırıq. Bəzi qüvvələr bizi yolumuzdan döndərməyə çalışırlar. Lakin heç kim heç bir vasitə ilə bizi yolumuzdan döndərə bilməyəcək".

Qeyd edək ki, Türkiyədə törədilmiş terror aktı Gürcüstan hökumətinin iyunun 30-da keçirilmiş iclasında da müzakirə olunub.

Baş nazir Georgi Kvirikaşvili terror hadisəsini qətiyyətlə pisləyib. O bildirib ki, Gürcüstan hökuməti strateji tərəfdaşı olan Türkiyənin yanındadır və terrorla birgə mübarizəyə hazırdır.

Tarix
2016.06.30 / 21:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla