Yuxarı

Erməni rejissordan Sərkisyan hakimiyyətinə üsyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir dəqiqə də olsun belə Ermənistanda qalmaq istəmirəm. Burada heç bir qanun işləmir, Ermənistanın heç bir vətəndaşı qorunmur, burada sadəcə bizi saymayan, son damla qanımızı içməyə hazır olanlar var. Xalqın əksər hissəsi artıq onlara bənzəyərək vampirlərə çevrilib, hamını dişləyib və yoluxdurublar.

ANS-in məlumatına görə, bunu Ermənistanda məşhur prodüser, rejissor, televiziya aparıcısı və "Yeni ermənilər" Şən və Hazırcavablar Klubu komandasının iştirakçılarından biri olan Artyom Akopyan Feysbuk səhifəsində yazıb.

Artıq Akobyan evini satışa çıxararaq, ölkədən mühacirət etmək haqda qərarını açıqlayıb. Akopyan uşaqlarını Ermənistan kimi ölkədə tərbiyə edib, böyüdə bilməyəcəyini qeyd edib.

"O ölkədə ki, savadsızlıq və zövqsüzlük dəbə diktə edir; o ölkədə ki, bütün müğənnilər yalnız toylar üçün mövcuddur, televiziyanın efirində isə hələ yolunmuş qaşlarla zərif oğlan olmayanadək reytinqin olmayacaq; harada ki, siyasətçi söyüş söyməyənədək sakitləşməyəcək; harada ki, hamı hər şeyə tüpürür, kimdəsə bədbəxtlik baş verəndə sevinirlər… orada yaşamaq istəmirəm", - deyə Akopyan bildirib.

Ermənilərin öz dövlətlərində acınacaqlı vəziyyətdə yaşadıqları artıq hər kəsə məlumdur, amma bunu erməni vətəndaşlarının öz dilindən eşitmək daha da maraqlıdır. Erməni mətbuatı dəfələrlə ölkələrində yaşayış səviyəsinin aşağı olduğunu və iqtisadi cəhətdən acınacaqlı vəziyyətdə olduğlarını qeyd edib. Ölkədə işsizlik tüğyan edir. Həmçinin orduda da ciddi noqsanlar var ki, aprel döyüşləri bunu bir daha subut etdi.

Bir müddət əvvəl erməni mətbuatına açıqlama verən Suren Markaryan adlı şəxs aclıq şəraitində yaşadıqlarını bildirmişdi: "Burada iş yoxdur, pis yaşayırıq, hər kəs qaçıb gedir Rusiyada və digər ölkələrdə bazarlarda, küçələrdə işləyirlər. Əvvəl dövlət var idi, baxırdılar bizə, amma indi veclərinə almırlar. Hər kəs müharibə şəraitindən, işsizlikdən bezib. Sovet dövründə yaşamaq olurdu, pul, iş var idi, insanlar burada yaşayırdılar, qaçmırdılar. Heç olmasa ət, kolbasa yeyə bilirdik, indi onlara həsrət qalmışıq".

Tarix
2016.07.01 / 11:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...

İran mediası Rəisi ilə bağlı bu xəbəri sildi

Sərhəddə açılış: İlham Əliyev və Rəisi iştirak etdi - Yeniləndi

İlham Əliyev Rəisi ilə görüşdü - Foto

XİN Türkiyədəki bu bayramla bağlı paylaşım etdi

Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?

Mierinyanın Füzuli səfərində diqqət çəkən detal - Foto

Polis erməni deputatları sərhədimizə buraxmadı

İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi

İran-Azərbaycan dostluğu sarsılmazdır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla