Yuxarı

Rusiya: “Bizdə Osman Vadinov yoxdur”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya İstanbulun Atatürk Hava Limanında baş verən terror hücumunda iştirak edən çeçen əsilli Osman Vadinov adlı vətəndaşının olmadığını açıqlayıb.

Axar.az xəbər verir ki, "İnterfaks"a açıqlama verən Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz üzrə nümayəndəliyi Çeçenistanda Osman Vadinov adlı vətəndaşın yaşamadığını bildirib:

"Çeçenistanda heç vaxt Osman Vadinov adında bir adam yaşamayıb. Üstəlik, Vadinov soyadı da çeçenlərə aid deyil. İkinci şübhəli Əhməd Çatayevə gəlincə, bu adam Rusiya tərəfindən də axtarışda olub. Sonuncu dəfə 2012-ci ildə Gürcüstan ilə sərhəddə ələ keçirilən Çatayevin deportasiyasını tələb etmişdik. Ancaq Gürcüstan bu şəxsi bizə verməyəcəyini bildirdi. Bizdə olan məlumatlara görə, Çatayev "Qafqaz Əmirliyi" adlanan təşkilatın lideri Doku Umarovun Avropa təmsilçisi olub".

Qeyd edək ki, Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) terror hücumunu törədən kamikadzelərdən birinin Osman Vadinov adlı çeçen əsilli Rusiya vətəndaşı olduğunu açıqlayıb. Vadinov bir müddət öncə Suriyanın Rakka şəhərindən Türkiyəyə gələrək teraktın reallaşması üçün hazırlıqlara başlayıb.

Xatırladaq ki, iyunun 28-də Atatürk aeroportunda üç terrorçu kamikadzenin törətdiyi partlayış nəticəsində 44 nəfər həalk olub, 237 nəfər yaralıb. Türkiyə hökuməti hücumun arxasında İŞİD-in dayandığını bildirib. Artıq terror hadisəsi ilə əlaqəsi olan 13 nəfər saxlanılıb. Onlardan 3-ü əcnəbidir.

Tarix
2016.07.01 / 14:44
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla