Yuxarı

Bu şəhərə qarşı səhvlər etdik - Ərdoğan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu əcaib tikintilərlə təəssüf ki, İstanbulumuzun o gözəlliyinə qarşı səhv etdik.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

İstanbulda Gümüşdağ Məscidinin açılış mərasimində iştirak edən Ərdoğan "İstanbul üçün hamımız birlikdə əlimizdən gələni edəcəyik, amma İstanbula qarşı çox səhvlər etmişik", - deyib.

"Baxın, indi bir çox yerlərdə deyirik ki, şəhərlə əlaqədar dəyişiklik edək. Deyirlər ki, yox, etməyin, eləməyin. Gəlin, bunu keçirək. Deyir, mənim burada 6 mərtəbə evim var. Mənim 6 uşağım var. Mən artıq uşağın olmasın demirəm. Amma bax, o biri tərəfdə də bir mərtəbə olan ev var. Buraları bir qaydaya salaq. Yenidənqurma planlaşdırmaları çərçivəsində dəyişiklik edək. Allah göstərməsin, bir yanğın olduğu zaman yanğınsöndürmə maşını gələ bilmir. Belə səhvlər var. Allah göstərməsin, bir zəlzələ olsa, o zəlzələyə dözümlü olmayan binalar var. Bunları indidən dağıdaq ki, zəlzələyə davamlı binalar olsun. Amma təəssüf ki, bu məsələdə bir müqavimətlə qarşılaşırıq. Gəlin, bizə yardımçı olun, bu şəhərlə əlaqədar dəyişiklikləri edək. Mən prezidentiniz kimi bunu deyirəm. Dost acı söyləyər, ancaq həqiqəti söyləyər. İstəyirəm ki, canımız yanmadan bunları belə edək. Bu addımları ataq. İstanbulumuzun gözəlliyinə kölgə salmayaq", - Ərdoğan qeyd edib.

Tarix
2016.07.01 / 21:59
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla