Yuxarı

Putinin inanılmaz sərvəti

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin inanılmaz sərvəti

Rusiya Prezidenti Vladimir Putinin dünyanın ən varlı adamından biri olduğu barədə iddialar aktuallığını qoruyur.

ANS-in məlumatına görə, "Selebritinetvors" adlı internet saytı Rusiya prezidentinin təxminən 70 milyard dollar sərvəti olduğunu yazıb. Bu iddia Putini "Maykrosoft"un qurucusu Bill Qeytsdən sonra dünyanın ən varlı ikinci adamı olması mövqeyinə gətirir. Dünyanın ən zəngin adamı sayilan Bill Qeytsin 79 milyard dolları var.

Atası hərbçi, anası fabrik işçisi olan Putinin "Qazprom"da pay sahibi olduğu qeyd olunur. "Qazprom"un illik gəliri 100 milyard dollar olduğundan, Putinin buradan milyonlarla dollar gəlir əldə etdiyi vurğulanır. Eyni zamanda, onun "Surqutnefteqaz" adlı enerji şirkətinin yarısına sahib olduğu deyilir.

Putinin yatırımları təkcə Rusiyada deyil, xarici ölkələri də əhatə edir. Rusiya liderinin İsveçrənin neft şirkəti olan "Quvnor"da da pay sahibi olduğu bildirilir.

Putinin həmçinin lüks bahalı saatlara həvəskar olduğu bilinir. Onun taxdığı "Filip Patek" markalı saatlardan ibarət kolleksiyanın dəyərinin 700 min dollar olduğu iddia edilir. Rusiya liderinin ölkə ərazisində 20-dən çox villasının olduğu vurğulanır. Bunların içərsində bir neçə tarixi qala olduğu da iddialar arasındadır. Rəsmi qeydlərə görə, onun illik qazancı 187 min dollardır.

Ötən il Rusiyanın ən böyük xarici sərmayəçilərindən olan "Hedqe" fondunun idarə heyətinin rəhbəri Bill Brovder Rusiya prezidentinin 200 milyard dollar sərvəti olduğunu iddia etmişdi. Onun fikrincə, dünyaya meydan oxuyan Putin dünyanın ən zəngin insanıdır. Brovder Putinin 1999-cu ildə baş nazir, 2000-ci ildə prezident olmasından sonra xeyli vəsait ələ keçirdiyini iddia edib.

Tarix
2016.07.02 / 22:10
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Ukraynada səfərdədir

Vardanyana görə Bakıya gəlməyən Talebin oyunları...

Hikmət Hacıyevin fikirləri Türkiyədə səhv təqdim edildi - Foto

Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi

Bakı metrosunda yeni tunellərin inşası nə vaxt bitir?

Transxəzər fiber-optik rabitə xəttinin tikintisi başa çatdı

Ermənistana 14 vaqon buğda göndəriləcək

İran Xəzərlə bağlı razılığa gəldi: Tehran nədən çəkinir?

İrəvanda TRİPP müzakirəsi: Azərbaycanla sülh...

Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla