Yuxarı

Yaşıl qozun balla qarışığı - Min bir dərdin dərmanı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaşıl qozun balla qarışığı - Min bir dərdin dərmanı

Xalq təbabətində qozun ləpələri, yarpaqları, arakəsmələri, qoz ağacının qabığı müxtəlif xəstəliklər və pozulmalar zamanı uğurla müalicə olunur.

Axar.az Saglamolun.az-a istinadən xəbər verir ki, kal yaşıl qoz çox qiymətli müalicəli məhsuldur. Onun tərkibində olan faydalı maddələr yetişmiş qozla müqayisədə daha çoxdur. Belə ki, yaşıl qoz bir çox vitaminlər (C, B qrupu, E, PP, karotin), minerallar (xüsusilə yod), antioksidantlar, orqanik turşular, yağ turşuları və s. kimi faydalı maddələrlə zəngindir.

Xalq təbabətində yaşıl qozun balla qarışığı "min bir dərdin dərmanı" sayılır və bir çox xəstəliklərin və pozulmaların müalicəsində uğurla istifadə olunur.

Beləliklə, bu qarışıq:

- qalxanvari vəzinin fəaliyyətinə çox müsbət təsir edir,
- qanı təmizləyir,
- qurdqovucu təsir edir,
- qara ciyəri və bağırsaqları təmizləyir,
- artıq çəkidən azad olmağa kömək edir,
- orqanizmi cavanlaşdırır,
- immun sistemini möhkəmləndirir,
- orqanizmə xərçəng əleyhinə təsir edir.

Qarışığın hazırlanması:

1. Bu qarışığı hazırlamaq üçün 1 kq yaşıl goz və 1 kq bal götürülür.
2. Qoz yuyulur, qurudulur, ətçəkən maşınından keçirilir və ya blenderdə əzilir.
3. Əzilmiş qoz hissə-hissə balla qarışdırılır və bankalara yığılır.
4. Qarışığı qəbul etməkdən əvvəl 2 ay ərzində quru sərin yerdə (soyuducuda və ya zirzəmidə) saxlamaq lazımdır (vaxtaşırı olaraq qarışığı qarışdırın).
5. Hazır qarışıq soyuducuda saxlanılır.

Qarışığın istifadəsi:

Hazır qarışıq gün ərzində 3 dəfə 1 çay qaşığı olmaqla qarışıq qurtarana kimi qəbul olunur.

Bu qarışığı istifadə etdikdən əvvəl həkimlə məsləhətləşin.

Tarix
2016.07.04 / 01:46
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla