Yuxarı

Allahların qidası adlanan möcüzə meyvə

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Allahların qidası adlanan möcüzə meyvə

Elmi tədqiqatlar narın insan orqanizmi üçün möcüzəli təsirə malik olduğunu göstərib.

Axar.az xəbər verir ki, araşdırmaya görə, nar insan hüceyrələrini təkrar emal və bərpa etməklə qocalma prosesini yavaşıdır.

İngiltərənin "Teleqraf" qəzetində dərc edilən məqalədə deyilir ki, yaqut qırmızısı rəngində olan bu meyvə qədimlərdə "allahlar qidası" adlanıb. İndi isə alimlər onun gəncləşdirici təsirə malik olduğunu söyləyirlər.

İsveçrə alimlərinin apardığı təcrübə göstərib ki, narın tərkibində olan əlahiddə urolitin A molekulu mitofagiya adlanan prosesin hərəkətverici qüvvəsidir.

Bu proses zamanı hüceyrənin qüsurlu hissələri təmizlənib atılır və yeniləri ilə əvəz olunur. Lakin alimlər düşünürlər ki, qocalığa qarşı kimyəvi maddədən yalnız qarnında müvafiq bakteriya olan insanlar faydalana bilirlər.

Başqa sözlərlə, narın xam maddəsinin urolitin A-ya çevrilməsi üçün müəyyən mikrobların iştirakına ehtiyac var. Narın tərkibində olan molekulu siçanların yeminə əlavə edən araşdırmaçılar onların ömür davamlılığının 45 faiz artdığını müşahidə ediblər.

Alimlər artıq bu kəşfin erkən kliniki sınaqlarına başlayıblar. Bir neçə Avropa xəstəxanasında pasientlərə bu molekul dəqiq müəyyən edilmiş dozalarda verilir. İsveçrədəki Lozanna Federal Texniki Məktəbindən aparıcı tədqiqatçı Cohan Auverks inandığını bildirib ki, narın xüsusiyyətlərini öyrənən araşdırma "anti-qocalıq" tədqiqatlarında həlledici mərhələ ola bilər.

"Nature Medicine" jurnalında dərc olunmuş hesabat məqaləsində əsas diqqət qidanı enerjiyə çevirən hüceyrə üzvü - mitoxondri üzərinə yönəldilib. Məqalədə deyilir ki, müəyyən vaxtdan sonra mitoxondrilər aşılanıb zədələnir və bununla da mitofagiya prosesi kəskin zəifləyir. Bu proses bir çox orqan və toxumaları zədələyərək əzələlərin zəifləməsinə səbəb olur. Alimlər inanırlar ki, qocalığı zədəli mitoxondrilərin orqanizmdə yığılıb qalması şərtləndirir.

Narın sağlamlığa xeyri barədə məlumatlar əvvəllər də olub. Məsələn, antioksidantlarla zəngin narın ürək xəstəlikləri riskini azaltdığına, iltihab və artritə qarşı təsirinə, yaddaşı və fiziki gücü artırdığına dair elmi araşdırmalar mövcuddur.

Narın prostat vəzinin xərçənginə qarşı mübarizədə də güclü rol oynadığı söylənilir.

Tarix
2016.07.13 / 01:36
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Türkiyə XİN-dən Bakının azad olunması ilə bağlı paylaşım

Bakının işğaldan azad edilməsi - XİN paylaşım etdi

Mask dəstəklədi, amma bunu yavaşlatmaq mümkün deyil!

ABŞ və Rusiya bu ölkədə savaşa girir - Ekspertdən sensasiya

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla