Cütlüklərin 1 il ərzində qorunmamasına baxmayaraq
hamiləliyin baş verməməsi sonsuzluq (infertility) adlanır.
Azərbaycanda belə ailələrin statistikası aparılmadığından əhalinin
neçə faizinin bu problemdən əziyyət çəkdiyini deyə bilmərik. Rəsmi
rəqəmlərə görə, 2014-cü ildə respublikada 12088 boşanma qeydə
alınıb. Bu boşanmaların yarıdan çoxu - 6840 boşanma uşaqsız
ailələrin payına düşüb. Düzdür, bu cütlüklərin hamısı sonsuz deyil,
lakin klinikalara edilən müraciətlər problemdən əziyyət çəkənlərin
kifayət qədər olduğunu göstərir. Bəs sonsuzluğun dəqiq səbəbi
varmı? Sonsuzluq necə müalicə edilir? Hansı yaşa qədər müalicədə
uğurlu nəticə qazanmaq mümkündür?
Publika.az-ın
suallarını "Ömür" klinikasının direktoru, həkim-ginekoloq, USM
mütəxəssisi, tibb üzrə fəlsəfə doktoru Gülnara Sultanqızı
cavablandırır.
- Əvvəlcə, istərdim ki, sonsuzluğun nə olduğunu
açıqlayasınız.
- Sonsuzluq birincili və ikincili olur. Birincili sonsuzluq
cütlüklərin bir il ərzində heç bir qorunma vasitəsindən istifadə
etməməsinə baxmayaraq hamiləliyin baş verməməsidir. İkincili
sonsuzluqda isə qadın hamilə olsa da, döl inkişafdan qalır,
hamiləlik sona çatmır, yarımçıq doğuş olur və ya doğuş zamanı uşaq
dünyasını dəyişir. Bir dəfə uşaq dünyaya gətirən qadının sonradan
hamilə qala bilməməsi də ikincili sonsuzluq adlanır. Həmçinin,
qadının özünün süni şəkildə hamiləliyi pozması, yəni abortdan sonra
da hamilə qala bilməməsi ikincili sonsuzluq adlanır.
- Ölkəmizdə sonsuzluğun hansı növü daha çox
yayılıb?
- Bizə müraciətlər əsasında deyə bilərəm ki, əsasən ikincili
sonsuzluğu daha çox müşahidə edirik. Bu gün qadınlar bir uşaqları
olandan sonra ikinci hamiləliyi abortla sonlandırırlar. Abort vaxtı
və ya ondan sonra hər hansı infeksiyaya yoluxurlar. Uşaqlıq
borularının iltihabı prosesi yaranır, sonradan boru bağlanmasını
müşahidə edirik. İltihablaşma yalnız infeksiyadan deyil, kiçik
çanaqda durğunluq, digər qonşu orqanların, sidik kisəsi və düz
bağırsaqda iltihablaşma, qəbizlik də ikincili sonsuzluğa səbəb
olur. İkincili sonsuzluğu təyin etmək üçün bir sıra instrumental
müayinələr lazımdır. İlkin müayinə genital orqanların Ultrasəs
Müayinəsidir. Bu zaman uşaqlığın anatomik quruluşuna, strukturuna
diqqət etmək, endometriyanın patologiyalarını inkar etmək və onun
qan təchizatını müəyyən etmək lazımdır. Normal USM müayinəsində
uşaqlıqla bağlı dolğun informasiya ala bilirik. Həmçinin, boruda
iltihabi prosesi, boru və yumurtalığın genişlənməsini, boru
daxilində mayeni izləmək mümkündür. Lakin bu proseslər müşahidə
edilmədiyi halda boruları USM vasitəsilə müayinə etmək olmur. Bu
zaman rentgen müayinəsinə ehtiyac olur.
- Yalnız uşaqlığın müayinəsi sonsuzluq diaqnozunu
dəqiqləşdirmək üçün yetərlidirmi?
- Əlbəttə, yox. Yalnız uşaqlığın müayinəsi sonsuzluğun səbəbini
aşkara çıxarmaq üçün kifayət etmir. Eyni zamanda orqanizmin
dirijoru adlandırdığımız qalxanvari vəzin müayinəsi də lazımdır. Bu
vəz endokrin sonsuzluq yaratmaqla yanaşı, yumurtalığı stimulyasiya
edən hormonlara, hamiləliyin gedişatına təsir edən bir sıra
qüsurların yaranmasına səbəb olur. Yəni qalxanvari vəzdə hər hansı
problemin olması yumurtalıqlarda disfunksiya yaradır. Bu da
menustral siklin pozulmasına və qanaxmalara səbəb ola bilər.
- Bu gün "sonsuzluğu müalicə edirəm" deyənlərin sayı
çoxdur. "Ömür" klinikasının müalicə üsullarını digərlərindən
fərqləndirən nədir?
- "Ömür" klinikasında aparılan müalicələr hamısı elmə əsaslanır.
Klinikanın iş təcrübəsi əsasında 8 nəfər elmi dərəcə alib, 9 nəfər
dissertantımız var. Onların hamısının elmi işləri "Ömür"
klinikasında aparılan tədqiqatlar nəticəsində əldə olunmuş
nailiyyətlərə əsaslanıb. Bu gün də təhlil və araşdırmalar aparılır.
"Ömür" klinikasında hər bir xəstə və xəstəlik üçün fərdi yanaşma,
müalicə üsulu tətbiq olunur. Fərdi müalicə proqramında təbii
üsullara müraciət edirik. Təbii müalicələr elmə əsaslanır. Müasir
farmokologiyanın kökü təbii müalicələrdən yaranıb. Çünki
dərmanların hamısı təbii bitkilərdən hazırlanıb, sadəcə bitkini
uzun müddət saxlamaq mümkün olmadığı üçün onları sintetik
pereparatlar əvəz edib. Təkcə sonsuzluğun deyil, digər
xəstəliklərin də təbii üsulla müalicəsində yüksək nəticələr
qazanarıq. Sonsuzluğun müalicəsində isə digər orqanların – məsələn,
hipofiz, qalxanvari vəz, qaraciyər, böyrəküstü vəzin hamiləliyin
baş verməsinə təsirini araşdırırıq. Çünki sadaladığım bu orqanları
müayinə etmədən sonsuzluğun müalicəsinə başlamaq doğru deyil.
Yumurtalıqdakı polikistozun piylənmə, beyin, qalxanvari, böyrəküstü
vəz, yoxsa yumurtalıq mənşəli olduğunu müəyyən etmədən hər hansı
müalicəyə başlamaq düzgün deyil.
- Adətən, sonsuzluq deyəndə, bu, yalnız qadınların
problemi kimi anlaşılır. Bəs sonsuzluqda kişi faktorunun təsiri nə
qədərdir?
- Sonsuzluq yalnız qadın faktoru rol oynamır. Bu, 50-nin 50-yə
nisbətindədir. Bir döl yumurtasının əmələ gəlməsi üçün həm kişi,
həm də qadın hüceyrəsi olmalıdır. Hər ikisi sağlam olsa, sağlam döl
əmələ gələcək. "Ömür" klinikasında kişi sonsuzluğuna qarşı da
unikal müalicə üsulları tətbiq edilir. Kişilərdə klassik müayinə
metodu kimi xayaların doploreoqrafiyası, spermoqrammanın analizi və
qanda androgenlərin təyini aparılır. Sonrakı mərhələdə infeksiyalar
müəyyən edilir. "Ömür" klinikasında aparılan müayinə üsullarını
fərqləndirən bir cəhət də bizdə spermanın sitokimyəvi analizinin
aparılmasıdır ki, bu da çox dəqiq və düzgün müayinə metodlarından
hesab edilir. Bu zaman klassik spermoqrammadan fərqli olaraq
müayinə bir neçə parametrdə aparılır. Nəticədə yumurta hüceyrənin
spermatozoidi nə qədər tanıması, yumurta hüceyrənin qlafını
dəlib-deşmə qabiliyyəti, orada rüşeym əmələ gətirə bilməsi müəyyən
edilir. Bu müayinələrdən sonra həm də kişi hüceyrənin bu nüanslara
cavab verməməsinin səbəblərini proqnozlaşdıra bilirik. Bundan
başqa, spermatozoidin nə qədər yararlı olmasını, süni və ya təbii
mayalandırmada effektli nəticə verib-verməyəcəyini müəyyən etmək
olur.
- Bəs problemin səbəbini araşdırandan sonra müalicə
üsullarında hansı metodlar tətbiq edirsiniz?
- Klinikamızın müalicə metodları da fərqlidir. Hər bir xəstəyə
fərdi yanaşırıq. Bizim müalicə devizimiz belədir: Fərdi, Fərqli və
Fədakar. Yəni hər bir xəstəyə fərdi müalicə üsulu tətbiq edirik.
Azərbaycanda ancaq "Ömür" klinikasında sonsuzluq üçün müalicə
reabilitasiya proqramı var. Müayinə və təhlilə uyğun xüsusi müalicə
proqramı təyin edirik. Uşaqlığın quruluşunda və yumurtalığın
fəaliyyətində ciddi bir problem yoxdursa, pasientə fizioterapevtik
müalicə proqramı hazırlanır. Sonuncu fədakarlıq məsələsi isə bizim
əməkdaşlarımızla bağlıdır. Onlar hər bir xəstə ilə fədakarcasına
məşğul olurlar. Müalicə prosesində fitoterapiyaya çox önəm veririk.
Hər bir xəstə üçün fərdi olaraq Azərbaycanda bitən dərman
bitkilərindən xüsusi eliksir hazırlayırıq. İstifadə olunan bitkilər
piylənmə, qəbizlik və digər problemlərə görə dəyişir. Qohum
nikahlarla bağlı geniş araşdırma aparırıq. Bu nikahlarla bağlı
sitogenetik müayinələr həyata keçirilir, toxuma uyğunsuzluğu
müayinə edilir. Yalnız "Ömür" klinikasının mikroskopik patologiya
mərkəzində sitoloji müayinə metodları tətbiq olunur. Sonsuzluğu
yaradan faktorlarla yanaşı, sonsuzluqdan sonra hamiləliyin başa
çatmaması səbəbləri də araşdırılır. Uşaqlıq boynunun sitoloji
müayinəsi, uşaqlıq boynunda birinci fazaya uyğun estrogen, ikinci
fazaya uyğun progesteron doyumluğu müəyyən edilir. Bu, həm
disfunksiyalar, həm klimakterik period, həm də hamiləliyin ilkin
mərhələsində dölün inkişafdan qalmasını araşdıran unikal müayinə
metodudur. Həmin metod yalnız "Ömür" klinikasında aparılır.
Ukraynadan gətirilən ozokerit palçığı ilə müalicə, milli sərvətimiz
olan naftalan terapiyası, ozonterapiya, zəli, hidrokolonoterapiya,
pnevmopunktura, akopunktura sonsuzluqla yanaşı, bir neçə xəstəlik
istisna olmaqla çox dərdlərin dərmanıdır. Onu da qeyd edim ki,
pnevmopunktura müalicə üsulu keçmiş sovetlər ölkəsi arasında yalnız
Azərbaycanda və yalnız "Ömür" klinikasındadır. Yəqin ki, Çexiyanın
məşhur Karlovı-Varı sanatoriyasına yolu düşənlərin bu müalicə
üsulunun nə qədər effektli olmasından xəbərləri var.
- Xəstələrin sonsuzluğun müalicəsi ilə bağlı
yanlışlıqları nədən ibarətdir?
- Xəstələrə bildirmək istəyirəm ki, hər zaman peşəkar həkimlərə
müraciət etsinlər. İxtisası uyğun gəlməyən, ginekologiyadan xəbəri
olmayan həkimlərdən uzaq olsunlar. Müraciət etdikləri şəxsin
ixtisasca həkim olmasına və praktikada da özünü təsdiq etməsinə
önəm versinlər. Xəstə müalicə müddətində özü hiss etməlidir ki,
həqiqətən də onun problemini aradan qaldıra biləcək həkimə və ya
klinikaya rast gəlib.
- Sonsuzluq yaşla bağlıdırmı?
- "Ömür" klinikasında yaşı çox olan şəxslərin sonsuzluq problemi
ilə bağlı xüsusi müalicə metodları var. Ona görə də yaşı çox olan
qadınlar bizə daha çox müraciət edir. Məsələn, 46-48 yaşında təbii
yolla hamilə qalan xəstələrimiz var. Hazırda bir xəstəmiz var, 47
yaşındadır və təbii yolla hamilə qalıb. Hamiləliyi başa çatdırmaq
ərəfəsindədir. Amma 22 yaşında da hamilə qala bilməyən xəstəmiz də
var. Ona uşaqlığın axırıncı dərəcəli hipoplaziyası (infantin
uşaqlıq) diaqnozu qoyulub.
- İllərdir bu problemdən əziyyət çəkən pasientlərlə
işləyirsiniz. Sonsuzluğun müalicəsində uğurlarınız çoxmu
olub?
- Ömür klinikası sonsuzluğun müalicəsində 60-70 faiz uğurlu
nəticə əldə edir ki, bu da çox böyük göstəricidir.100 faiz uğurlu
nəticə dünyanın heç bir klinikasında yoxdur. Biz sonsuzluğun
müayinəsi, həm də müalicəsi ilə məşğul oluruq. Uğurlarımız da göz
qabağındadır. Süni mayalandırma ilə məşğul olan klinikalar belə
böyük maliyyə xərcindən sonra yalnız 30-40 faiz müsbət nəticə əldə
edə bilirlər.
- Adətən, müalicə kursu nə qədər çəkir?
- Tibb elmi riyaziyyat deyil ki, 2x2=4 eləsin. Əvvəlcə
sonsuzluğu yaradan faktoru araşdırmaq lazımdır. Sonsuzluğun
səbəbini araşdırandan sonra müalicə proqramı tətbiq etmək də asan
olur. Həkim Allah deyil ki, hər bir ailəyə uşaq versin. Həkimin
məqsədi qarşıya çıxan patologiyanı aradan qaldırmaqdır. Məsələn,
uşaqlıq normadan kiçikdirsə, 1-2 kurs müalicə ilə hamiləlik baş
verməyə bilər. Biz ilk növbədə səbəbi öyrənməyə çalışırıq. Səbəbi
bilinməyən sonsuzluğa idiopatik sonsuzluq deyilir. Bu zaman kişidə
və qadında hər bir göstərici normal olur, lakin hamiləlik baş
vermir. Bu zaman reabilitasiya proqramı ilə orqanizmi
cavanlaşdırmağa, orqanların fəaliyyətini daha da yaxşılaşdırmağa
çalışırıq. Çox vaxt da müalicələrimiz effektli olur. Bu gün bir çox
ailələr məhz övlad olmaması səbəbindən dağılır. Heç bir ailəyə belə
tale arzulamırıq. Təki hər evdən uşaq səsi gəlsin.