Yuxarı

Qadın nə zaman ana olmalı: IQ səviyyəsi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qadın nə zaman ana olmalı: IQ səviyyəsi

Amerikalı elm adamları tərəfindən aparılan araşdırmada yetkinlik yaşlarında uşaq dünyaya gətirən qadınların IQ səviyyəsinin artdığı məlum olub.

Axar.az xəbər verir ki, Cənubi Kaliforniya Universiteti tərəfindən aparılan araşdırma çərçivəsində orta yaşlı 830 qadının məlumatları incələnib. Eyni zamanda gənc yaşda uşaq sahibi olmaq və beyin fəaliyyətləri arasında əlaqə araşdırılıb.

Araşdırmanın nəticəsində 35 yaşdan sonra ana olan qadınların yaddaşlarının və qavrama bacarıqlarının gənc yaşda ana olan qadınlarla müqayisədə daha yaxşı olduğu müşahidə edilib.

20 yaşlarında ana olmaq isə beyinin fəaliyyətində hər hansı bir dəyişiklik yaratmır.

Tədqiqatı davam etdirən həkim Roksana Karim bu kəşfi haqda danışarkən deyib:

"Bu kəşfi digər mütəxəssislər də təsdiq edərsə, qadınların yaşlanarkən məruz qaldığı altsaymer xəstəliyinin müalicəsi üçün yeni bir ümid ola bilər".

Qeyd edək ki, altsaymer xəstəliyi bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji bir xəstəlikdir. Xəstəlik klinik olaraq incələnən zaman yaddaş və digər intellektual qabiliyyətlərin nəzərəçarpacaq dərəcədə pozulması ilə qarşımıza çıxır.

Tarix
2016.11.11 / 01:55
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla