Yuxarı

Nazirlik ölmüş adama məktub yolladı: "Müalicə olunacaqsan" - Şok

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nərmin Hüseynlinin dünyasını dəyişməsindən 21 gün sonra nazirlik ailəsinə yardım edəcəyi haqqında məktub göndərib.

Leykoz xəstəliyindən əziyyət çəkən Nərmin Hüseynlinin ölümündən sonra ailəsinin müraciətinə cavab gəlib.

Yeniyetmənin müalicəsi üçün müxtəlif orqanlara müraciət edən ailə cavab məktubunu onun sağlığında deyil, 40 mərasiminə az qalmış alıb.

Bu barədə məlumat sosial şəbəkələrdə müraciətin surəti ilə birgə yayılıb.

Cavab məktubundan bəlli olur ki, Prezident Administrasiyası Səhiyyə Nazirliyinə müraciət edərək, xəstəyə köməklik göstərilməsi üçün xahiş edib.

Həmin müraciətdə deyilir: "Xəstəni müvafiq mütəxəssislər tərəfindən tibbi müayinədən keçirib, müalicəsinin və dərman preparatları ilə müəyyən olunmuş qaydada təmin olunmasına köməklik göstərilsin".

Səhiyyə Nazirliyi də həmin müraciətə baxaraq müsbət rəy verib və yardım göstəriləcəyi ilə bağlı məktubu mərhumənin ailəsinin yaşadığı Sumqayıtdakı ünvana göndərib.

Nərmin Hüseynli martın 10-da dünyasını dəyişib. Məktub isə Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri G.Poladov tərəfindən düz 21 gün sonra – martın 31-də imzalanıb. Prezident Administrasiyasının həmin müraciəti Səhiyyə Nazirliyinə nə zaman ünvanladığı isə məlum deyil.

Səhiyyə Nazirliyi hələlik məsələ ilə bağlı heç bir açıqlama vermir.

Tarix
2014.04.12 / 09:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla