Yuxarı

Ürəyin 3 ən qəddar düşməni

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ürəyin 3 ən qəddar düşməni

Tibbi statistika göstərir ki, bütün dünyada ürək-damar sistemi xəstəlikləri ölümün əsas səbəbidir.

Sağlamolun.az-ın məlumatına görə, belə vəziyyətdə ürək-damar sistemi xəstəliklərinin profilaktikası ən vacib məsələlərdən biridir.

Ürəyin sağlamlığını qorumaq üçün ilk növbədə onun əsas düşmənlərini tanımaq lazımdır. Bu düşmənlər bunlardır:

1. Piylənmə

Statistika göstərir ki, piylənmədən əziyyət çəkə insanda normal bədən çəkisi olan insanla müqayisədə infarkt və insultun riski 3-4 dəfə çoxdur.

Piylənmədən əziyyət çəkən insanın ürəyi həddindən artıq yüklənir ki, bu da nəticədə ürək xəstəliklərinin inkişafına səbəb olur.

2. Sadə karbohidratlar

Son elmi araşdırmalar göstərib ki, ürək və damarların əsas qənimi olan aterosklerozun səbəbi heç də yağlar deyil, sadə karbohidratlardır (qlükoza, fruktoza, saxaroza).

Qidalanmada şəkər və şirniyyatlardan sui-istifadə ürək xəstəliklərinə yol açır.

3. Stress

Stress zamanı qanda stress hormonlarının (kortizol, adrenalin) səviyyəsi qalxır. Bu orqanizmin təbii reaksiyasıdır ki, bu reaksiya insana özünü təhlükədən, düşmənlərdən və s.-dən qorumağa, xilas etməyə kömək edir.

Lakin xroniki stress zamanı qanda stress hormonlarının səviyyəsi daim yüksək olur ki, bu da orqanizmə və ilk növbədə ürək-damar sisteminə yalnız ziyan vurur.

Tarix
2017.05.04 / 01:42
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla