Yuxarı

Qocalmaq istəmirsinizsə, bunu edin

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə alimləri araşdırmalar zamanı aşkar ediblər ki, sadə gigiyenik prosedur olan isti vannalar qocalma proseslərini ləngidir.

Axar.az Sağlamolun.az-a istinadən xəbər verir ki, isti vanna qəbulu zamanı stress hormonu kortizolun səviyyəsi aşağı düşür və bu da qocalma proseslərini ləngidir.

Kortizol qocalma prosesində əsas rollardan birini oynayır. Kortizolun yüksəlməsi zamanı ürək-damar sistemini və ağciyərin fəaliyyəti artır, onlar daha gərgin rejimdə işləməyə başlayır, immun, həzm və reproduktiv sistemlərinin fəaliyyəti isə əksinə zəifləyir.

Xroniki stress zamanı kortizolun səviyyəsi qanda daim yüksək olur ki, bu da sadaladığımız orqan və sistemlərinin qocalmasına səbəb olur.

Həmçinin kortizolun yüksək səviyyədə olması əzələ və sümük toxumasının qocalmasına, qan təzyiqinin və qanda şəkərin qalxmasına səbəb olur.

İsti vannalar kortizolun və qanda şəkərin səviyyəsini aşağı salır. Lakin nəzərə almaq lazımdır ki, isti vannalar bəzi xəstəliklər zamanı (sistit, sidik-cinsiyyət sistemi xəstəlikləri, babasil, bəzi dəri xəstəlikləri və s.) ziyanlıdır.

Tarix
2017.05.14 / 01:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla