Yuxarı

İsti havada böyrəklərinizi qoruyacaq - 5 Məsləhət

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsti havada bir çox digər orqan və sistemlər kimi böyrəklər də güclü yükləmələrə məruz qalır.

İsti havada qan qatılaşır ki, onu təmizləmək böyrəklərə daha çətin olur. Məhz isti havadan böyrəklərdə daşların əmələ gəlməsi riski da artır.

Axar.az Sağlamolun.az-a istinadən isti havada böyrəklərin sağlamlığını qorumaq üçün 5 sadə məsləhəti təqdim edir:

* Gün ərzində tez-tez adi təmiz su için. Buna əks-göstərişlər yoxdursa gün ərzində 2 litr su için. Susuzlaşmanın ən yaxşı “göstərici”si sidiyin rəngidir. Sidiyin rəngi açıq sarı olmalıdır. Bu o deməkdir ki, orqanizm susuzlaşmadan əziyyət çəkmir. Sidiyin rəngi daim tünddürsə, mayenin qəbulunu artırın.

* İsti havada spirtli içkiləri içməyin. Spirtli içkilər orqanizmin güclü susuzlaşmasına səbəb olur ki, bu da böyrəklər üçün ziyanlıdır.

* İsti havada həddindən artıq çay və qəhvə içmək də böyrəklər üçün olduqca ziyanlıdır ki, bu 2 içki də orqanizmdən mayeni xaric edir və nəticədə susuzlaşmanın inkişafına səbəb olur.

* Ətin istehlakını azaldın. İsti havada ətin həddindən artıq istehlakı böyrəklər üçün ziyanlıdır ki, bu zaman böyrəklər çox yüklənir.

* Qidalanmanızda böyrəklər üçün faydalı olan qarpız, yemiş, xiyar, kələm, kök, göyərti kimi məhsulların miqdarını artırın.

Tarix
2017.07.19 / 01:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla