Yuxarı

Günəş şüaları altında qaralmağın yolları

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaralma günəşin ultrabənövşəyi şüası və ya süni işıq mənbələrinin təsiri ilə dəri səthi rənginin tündləşməsi nəticəsində onun üst qatında melanin piqmentinin həddindən artıq əmələ gəlməsi nəticəsində yaranır. Dərinin qaralması ultrabənövşəyi şüaların orqanizmə yaxşı təsir etməsindən xəbər verir. Həmin şüaların təsiri ilə bədəndə əmələ gələn bioloji fəal maddələr və endokrin sistemlərin fəaliyyətini stimulə edir, maddələr mübadiləsini yaxşılaşdırır, orqanizmin infeksiya və digər xəstəliklərə qarşı müqavimətini artırır.

Azərtac xəbər verir ki, qaralma həm də orqanizmin müdafiə reaksiyalarından biridir. Buynuz təbəqənin qalınlaşması və melanin istilik şüalarını udmağı orqanizmi uzundalğalı infraqırmızı şüalardan qoruyur. Həmin dalğaların uzunmüddətli təsiri zamanı dəri qatındakı hüceyrələr məhv olur və yanıq əmələ gəlir, həmçinin bədənin həddindən artıq qızması və günvurma halları baş verir. Lakin günəş təsirinin müsbət nəticələrinə baxmayaraq, uzun müddət onun altında qalmaq təhlükəlidir.

Ultrabənövşəyi şüaların çox qəbul edilməsi ağ dərisi olanlar üçün çox zərərlidir. Yalnız qara və tünd dərisi olanların orqanizmində kifayət qədər melanin ayrılır və orqanizm özünü həmin şüaların zərərli təsirindən qoruya bilir. Günəş şüasi altında 10 dəqiqə qalanda günəş dərini bir az qıcıqlandırır və yüngül qızartı əmələ gəlir. Daha uzun müddət qalanda dəri iltihablaşır və şişir. Şüalanma uzananda yanma nəticəsində dəri sulanır və suluqlar əmələ gəlir. Günəş altında çox qalmağın zərəri ondan ibarətdir ki, dəri özünə qoruma funksiyasını yerinə yetirə bilmir. Ağır yanıqlar zamanı termorequlyasiya prosesi pozulur.

Günəş vannaları sızanaqlardan əziyyət çəkənlər üçün faydalıdır. Ultrabənövşəyi şüalarla aparılan müalicələr zamanı piy vəzilərinin təmizlənmə üsullarından biri də dərinin üst qatının soyulmasıdır. Soyulma zamanı dərinin ölmüş hüceyrələri ilə birgə piy vəzilərinin ağzını bağlayan hissəciklər də təmizlənir və onun funksiyaları bərpa olunur. Günəş vannaları hətta psoriaz xəstələri üçün də faydalıdır.

Bədəni qaraltmaq üçün birinci gün günəş şüaları altında 10-15 dəqiqədən artıq qalmamaq, dənizdə və çimərlikdə istirahət zamanı ilk günlər gün çətirlərindən istifadə etmək lazımdır. Hər şey normal olanda və özünü yaxşı hiss edərkən hər gün 5-10 dəqiqə artıq qalmaq olar. Tam qaralmış dəri üçün maksimal müddət yarım saatdan artıq olmamalıdır. Bədənin hər yerinin bərabər miqdarda qaralması üçün gün vannasından qabaq dəri səthini mixək, qoz, ərik və ya digər bitki yağı ilə yağlamaq məsləhətdir.

Tarix
2017.07.20 / 01:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla