Yuxarı

Bu içkilər enerji verir, yoxsa alır? – Tərkibi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin İntizam komissiyasının sədri, professor Ağacan Abıyevin enerji içkiləri barədə dedikləri son zamanların ən böyük “kəşfi” olan bu işçilər barədə yenidən araşdırma aparmaq zərurəti yaradır.

Axar.az xəbər verir ki, deputat israrla qəribə güc verən bu içkilərin tərkibinin yoxlanılmalı olduğunu bildirib. Millət vəkili təklif edib ki, həkimlər tərəfindən ciddi araşdırma aparılsın:

Sitat: “Kim sübut edə bilər ki, mən “Red Bull” içəndən sonra 1,5 metr deyil, 2 metr göyə tullanmışam? Bunu heç kəs deyə bilməz. Mən adam tanıyıram ki, “Red Bull” içib, amma qanadlanmayıb”.

Qanadlandırır, yoxsa adamın qanadlarını qırır?

Uzun müddətdir ölkədə müxtəlif adlarda və fərqli çeşidlərdə satılan enerji içkilərinin tərkibində olanları təqdim edirik:

Kofein: Bütün enerji içkilərinin əsas tərkib hissəsidir. Stimulyator qismində çıxış edir: 100 mq kofein əqli qabiliyyəti gücləndirir, 238 mq kofein ürək-damar sisteminin dözümlülüyünü artırır.

Taurin: Hər bir energetik içkidə 400 mq-dan tutmuş 1000 mq-dək taurin maddəsi olur. Bu maddə əzələ toxumalarında yığılan amin turşusudur.

Karnitin: Bu element hüceyrələrdə yağlı turşuların sürətli həll olmasına səbəb olur. Karnitin maddələr mübadiləsinin sürətini artırır, əzələ yorğunluğunun qarşısını alır.

Quarana və jenşen: Tonusu artırmaq xüsusiyyətinə malik müalicəvi bitkilərdi. Quarananın yarpaqları tibbdə geniş istifadə olunur. Əzələlərdə zərərli turşuları ixrac edir, fiziki yüklənmələr vaxtı ağrıları azaldır, qaraciyəri təmizləyir. Həmin bitkilərin energetik içkilərin tərkibində hansı rolu daşıması isə məlum deyil.

B vitamin: Sinir sistemi və beynin normal fizioloji fəaliyyəti üçün zəruri elementdir. Bu elementin çatışmazlığı orqanizmdə müəyyən mənfi dəyişikliyə səbəb olur. Lakin B vitamininin artıqlığı da heç yaxşı hal deyil.

Melotonin: Orqanizmdə olan elementdir və insanın sutkalıq ümumi ritmini tənzimləyir.

Matein: Cənubi Amerikada yetişən yaşıl çayın xüsusi növü olan “mate”nin tərkibində olur. Bu maddə aclıq hissini yubadır və çəki itkisinə səbəb olur.

Dərman əvəzi satılan enerji içkiləri

Bu içkilərdən həddən artıq istifadə etmək yüksək qan təzyiqi və qanda şəkərin artmasına səbəb olur.

Fransa, Danimarka və Norveçdə enerji içkilərinin adi marketlərdə satışı qadağandır. Bu içkilər yalnız apteklərdə satılır. Təzyiq və ürək xəstəlikləri olan insanlara isə bu içkilərin qəbulu qəti sürətdə qadağandır.

Tarix
2017.09.23 / 10:43
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla