Yuxarı

Möhkəm ürək və sinirlər üçün yemişan dəmləməsi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yemişanın müalicəvi xüsusiyyətləri həm xalq, həm də ənənəvi tibdə çox geniş istifadə olunur.

Sağlamolun.az-ın məlumatına görə, yemişanı "qoca ürəyin dərmanı" adlandırırlar. Lakin bu bitki tək yaşlılar üçün deyil, cavanlar üçün də çox faydalıdır.

Yemişan ürək əzələsini möhkəmləndirir, təzyiqi salır, damarları genişləndirir, damarlarda xolesterolun yığılmasına mane olur.

Bundan əlavə yemişan sinir sistemi üçün də olduqca faydalıdır - sakitləşdirir, əsəbiliyi və gərginliyi azaldır, stress və nevroz zamanı yaxşı kömək edir, meteohəssaslıqla bağlı olan pozulmaların azalmasına kömək edir.

Ürəyinizi və sinirlərinizi möhkəmləndirmək istəyirsinizsə hər gün belə faydalı dəmləmə hazırlayın:

1 x.q. yemişan meyvələrini bir qədər əzin, üzərinə 1 stəkan isti su tökün və termosda 1 saat ərzində dəmləyin. Sonra dəmləməni yaxşı süzün və gündə 2 dəfə yarım stəkan olmaqla için. Dəmləmənin dadını yaxşılaşdırmaq üçün bal əlavə edə bilərsiniz.

Dəmləməni 2-3 həftə ərzində için, effektini görəcəksiniz.

Tarix
2017.11.04 / 01:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Əsədov Ankarada mühüm iclasda: sənədlər imzalandı

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Rusiya-Ermənistan münasibətlərində həlledici an...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla