Yuxarı

Rəsulzadənin nəvəsi Bakıya qayıtdı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəsulzadənin nəvəsi Bakıya qayıtdı

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə səhhətindəki problemlə əlaqədar Almaniyada əməliyyat olunaraq Bakıya qayıdıb

R.Rəsulzadənin verdiyi məlumata görə, cərrahiyyə əməliyyatı uğurlu keçib:

"Xəstəliyin xüsusiyyətləri ilə bağlı xırdalığa varmaq istəməzdim, amma əsas odur ki, əməliyyat uğurla başa çatdı. Həkimlər dedilər ki, nə yaxşı vaxtında tədbir görülüb, əməliyyat gecikməyib. Hətta bir neçə gün belə geciksəydi, nəticə çox pis ola bilərdi. Fürsətdən istifadə edib, prezidentə bir daha öz təşəkkürümü bildirirəm ki, mənimlə bağlı məsələyə diqqətli və həssas yanaşdı".

R.Rəsulzadə əlavə edib ki, bundan sonra ildə iki dəfə müayinə olunmalıdır: "Səhhətimdən, sağlamlıq durumumdan asılı olaraq müayinələrin Bakıda, yaxud Almaniyada olacağına gələcəkdə qərar veriləcək".

Qeyd edək ki, iyul ayında prezident İlham Əliyevin göstərişi ilə R.Rəsulzadə əməliyyat olunmaq üçün Almaniyanın "Şarite" hospitalına göndərilmişdi. O, ağır xəstəlikdən əziyyət çəkir.

APA

Tarix
2014.08.06 / 11:45
Müəllif
Axar.az
Digər xəbərlər

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla