Yuxarı

Nazir məşhur həkimi niyə işdən çıxartdı?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:44

Respublika Müalicəvi Diaqnostika Mərkəzi millət vəkili, Azərbaycanın tanınmış cərrahı Rəşad Mahmudov Bakı Ürək Mərkəzinin rəhbərliyindən uzaqlaşdırılması xəbərinə rəsmi münasibət bildirib.

Mərkəzin mətbuat xidmətinin rəhbəri Səadət Hənifəyeva Unikal.org-a açıqlamasında bildirib ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində "Ürək Mərkəzi” ötən ilin mart ayının 6-da yaranıb və oranın heç vaxt rəhbər vəzifə ştatı olmayıb.

"Rəşad Mahmudov "Bakı Ürək Mərkəzi” yaradıldığı gündən ürək-damar cərrahı kimi fəaliyət göstərib. Onunla bərabər digər həkimlər də burada çalışıb. Hazırda da onlar mərkəzdə fəaliyətlərini davam etdirirlər. Sadəcə Rəşad Mahmudovun Bakı Ürək Mərkəziylə bağladığı müqavilənin müddəti mayın 18-də bitdiyinə görə, qanunvericiliyə uyğun olaraq əməkdaşlığa xitam verilib. Bu səbəbdən o, artıq bizdə çalışmır”.

Mərkəz rəsmisi R.Mahmudovla əməkdaşlığa xitam verilməsinin səbəblərini də açıqlayıb:

"R.Mahmudovun millət vəkilidir. Qanunvericiliyə görə, millət vəkilinin özəl tibb müəssisəsində həkim kimi çalışma hüququ yoxdur. Müqavilənin vaxtı bitdiyindən və həm də qanunvericiliyə uyğun olaraq müqaviləyə xitam verilib”.

Qeyd edək ki, Bakıpost.az millət vəkili, Azərbaycanın tanınmış cərrahı Rəşad Mahmudov Bakı Ürək Mərkəzinin rəhbərliyindən uzaqlaşdırıldığını yazmışdı.

Tarix
2018.05.19 / 13:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

Bakı-Sumqayıt qatarını daşa basanlar müəyyən edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla