Yuxarı

Övladınıza çanta alarkən buna diqqət edin - Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar azyaşlı uşaqlarda onurğa sütununun deformasiyaları (skolioz, kifoz, lordoz) artıb. Bunun bir səbəbi də ibtidai sinif şagirdləri üçün optimal ağırlıqda məktəbli çantalarını seçə bilməməyimizdir.

Axar.az xəbər verir ki, bu barədə tanınmış pediatr Vaqif Qarayev qeyd edib. O bildirib ki, uşaqlara çanta alarkan onun bəzəyinə deyil, keyfiyyətinə fikir vermək lazımdır:

“Bəziləri çantaların həm ucuz, həm də sağlamlığa zərərsiz olmasını istəyir. Çanta kürəyə tam oturmalı, hər iki çiyinə eyni cür ağırlıq düşməlidir. Portfeldən istifadə etmək düzgün deyil, çünki ağırlıq bir tərəfə düşəcək. Tez təmizlənmək baxımından çantalar sintetik materialdan olsa, daha yaxşıdır.

Çantanın ağırlığı içərisindəki məktəb ləvazimatları ilə birlikdə uşağın bədən çəkisinin 10 faizini təşkil etməlidir. 6 yaşlı uşağın bədən çəkisini 22 kq götürsək, çantanın ağırlığı 2,2 kq olmalıdır!

Amerika Pediatriya Akademiyası isə aşağıdakı normativləri təqdim edir(məktəb ləvazimatları ilə birlikdə): Birinci sinif - 1,2 kq, ikinci sinif - 1,6 kq, üçüncü sinif - 2,3 kq, dördüncü sinif - 2,6 kq”.

Tarix
2018.08.07 / 11:37
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla