Yuxarı

Siqaret çəkənlər, uşaqlarınızı öldürürsünüz – Diqqət!

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ tədqiqatçılarının araşdırmalarına görə, siqaret çəkən valideynlərin yanında böyüyən uşaqların gələcəkdə ciddi ağciyər xəstəliklərindən ölmə riski daha yüksəkdir.

Qaynarinfo.az xəbər verir ki, ABŞ Xərçəng Dərnəyi tərəfindən 70 min 900 siqaret çəkməyən kişi və qadın üzərində araşdırma aparılıb.

Tədqiqatçıların fikrincə, yetkin yaşında ölən hər 100 min nəfərdən 7-si uşaq vaxtı siqaret tüstüsünə məruz qalanlardır. Onlar uşaqları qorumağın ən yaxşı yolunun siqareti tərgitmək olduğu söyləyirlər.

Uşaq vaxtı siqaret çəkilən mühitdə böyüyən araşdırma iştirakçılarında müxtəlif sağlamlıq problemləri üzə çıxıb.

Həftədə 10 və daha çox saat siqaret tüstüsünə məruz qalanların ürək çatışmazlığı xəstəliyindən ölüm riski 27 faiz, iflicə tutulma riski 23 faiz, xroniki ağciyər xəstəliyinə tutulma riski isə siqaret çəkməyənlərlə müqayisədə 42 faiz daha çoxdur.

İştirakçıların həyatları boyunca siqaret tüstüsünə məruz qalmaları araşdırılıb, daha sonra isə onların sağlamlıqları qarşıdakı 22 il ərzində müşahidə edilib.

İngiltərə Ağciyər Vəqfinin həkimi Dr. Nik Hopkinson passiv siqaret çəkməyin uşaqlıqda qalıcı təsirə məruz qaldığını bildirib.

O, təəssüflə bildirib ki, siqareti tərgitmə ilə bağlı xidmətlərin sayı getdikcə azalmaqdadır.

Valideynləri siqaret çəkən uşaqlarda astma və ağ ciyərin zəif inkişafı müşahidə edilir.

Tarix
2018.08.19 / 11:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla