Yuxarı

Hansı peşə sahiblərində xərçəng riski daha yüksəkdir?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həkimlər xəbərdarlıq edir ki, bəzi peşə sahiblərində digərlərlə müqayisədə xərçəng xəstəliklərinin riski daha yüksəkdir.

Sağlamolun.az xəbər verir ki, birinci və ikinci yerdə manikür ustaları və bərbərlər qərarlaşıb. Onlar tez-tez boya, lak, həlledicilərin tərkibində olan toksiki maddələrlə ünsiyyətdə olur. Bu maddələrin güclü kanserogen (xərçəng əmələ gətirən) xüsusiyyətləri var. Bu səbəbdən manikür ustaları və bərbərlər yalnız yaxşı ventilyasiya sistemi olan yerlərdə işləməli və qoruyucu maskalardan istifadə etməlidir.

3-cü yerdə daim kompüterdə işləyən ofis işçiləridir. Fiziki aktivliyin az olması xərçəng riskini artıran faktorlardan biridir. Mütəxəssislər ofis işçilərinə hər 1 saatdan bir ayağa qalxmağı, sadə fiziki hərəkətlər etməyi, bir qədər gəzişməyi tövsiyə edirlər.

4-cü yerdə aviasiya işçiləridir. Buna pilot və stüard və stüartdessalar aiddir. Bu peşə sahibləri yükəsklikdə gün şüalanmasına məruz qalır ki, bu da xərçəng riskini artırır.

5-ci yerdə gecə növbələrində işləyən peşə sahibləridir. Gecə saatlarında işləmək insanın bioloji ritmlərini kobud şəkildə pozur ki, bu da bir çox xəstəliklərin və o cümlədən, xərçəngin riskini artırır.

Tarix
2018.08.21 / 02:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla