Yuxarı

Azərbaycanda ürək köçürüləcək - Qanun

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda ürək köçürüləcək - Qanun

Bu gün Azərbaycanda ürək-cərrahiyyəsi sahəsində əldə edilən uğurlar bizi çox sevindirir, amma ölkəmizdə ürək transplantasiyası da aparılmalıdır.

Report-un xəbərinə görə, bunu “Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresdə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

O qeyd edib ki, Azərbaycanda ürək-damar cərrahiyyəsi sahəsində böyük həkim ordusu formalaşıb:

"Azərbaycan dövlətinin səhiyyə sahəsində apardığı siyasət nəticəsində kardioloji mütəxəssislər formalaşıb. Azərbaycan mütəxəssisləri ölkəmizdə ürəkdə ən ağır əməliyyatları həyata keçirirlər. Bu mütəxəssislərin əksəriyyəti Türkiyənin aparıcı universitetlərində hazırlanıb. Bu gün Azərbaycanın hətta regionlarında da ürək əməliyyatları uğurla icra olunur. Bu, bizi çox sevindirir. Azərbaycanda bu gün ürək əməliyyatlarını həyata keçirə bilən yüksək səviyyəli mütəxəssislərimiz olsa da, ürək transplantasiyasını apara bilmirik. "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanun buna imkan vermir. Bu qanun köhnədir. Ona görə də yeni qanun layihəsi hazırlanıb".

Tarix
2019.06.08 / 15:32
Müəllif
Axar.az
Digər xəbərlər

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

Vurulan gəmidə azərbaycanlılar var idi - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla