Yuxarı

Şəmkirdə kürəkənin yandırdığı qadınla bağlı – Açıqlama

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəmkirdə kürəkənin yandırdığı qadınla bağlı – Açıqlama

Şəmkirdə kürəkəni tərəfindən yandırılan 54 yaşlı qadının vəziyyəti kritik olaraq qalır.

Bu barədə Axar.az-a Səhiyyə Nazirliyindən məlumat verilib:

“Həkimlərin bildirdiyinə görə, yanıq xəsarətləri 4-cü dərəcəli, yəni dərin nekrozlaşmış olduğundan müalicədə hər hansı bir irəliləyiş əldə etmək mümkün olmur. Səylər davam etdirilir”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, Şəmkir rayon sakini 1986-cı il təvəllüdlü Elmar Sadıqovun avqustun 18-i gecə saat 03 radələrində qayınatası İ.Məsimovun evinə daxil olaraq ailədaxili narazılıqlarla bağlı müvəqqəti olaraq ondan ayrılaraq yaşayan 1995-ci il təvəllüdlü həyat yoldaşı Mətanət Məsimovanı öldürmək məqsədilə özü ilə gətirdiyi benzini yatmış halda olan qayınanası 1964-cü il təvəllüdlü Səltənət Məmmədova və M.Məsimovanın üzərinə, eləcə də evin içərisinə tökərək yandırıb.

Hadisə nəticəsində Elmar Sadıqovun 2 yaşlı oğlu və həyat yoldaşı Mətanət Məsimova dünyasını dəyişib.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində E.Sadıqov tutularaq istintaqa cəlb olunub. E.Sadıqov şübhəli şəxs qismində saxlanılaraq dindirilmiş və o, ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Tarix
2019.08.20 / 10:15
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla