Yuxarı

Ölümü proqnozlaşdıran texnologiya yaradıldı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həkimlər insanın ölüm vaxtını təxmin edə biləcək qan testi yaradıblar. Almaniya və Hollandiyadan olan tədqiqatçılar insanın on il ərzində ölüb-ölməyəcəyini 80%-dən çox dəqiqliklə müəyyənləşdirməyə imkan verən texnologiya hazırlayıblar.

Axar.az e-tibb.az-a istinadən xəbər verir ki, bu metod 18 yaşından 109 yaşına kimi olan 44168 insanla bağlı aparılan tədqiqat məlumatları əsasında hazırlanıb.

Məlumatlar qanda 226 fərqli maddənin ölçüsünü və ölüm vaxtını əhatə edir. Məlum olur ki, tədqiqat aparılan 17 il ərzində izlənilən 44168 nəfərdən 5512 nəfəri ölüb.

Tədqiqatçılar 1997-ci ildən 7603 finlandın ölümünü qabaqcadan proqnozlaşdırmaq üçün qanın 14 parametrindən istifadə ediblər. Müşahidə müddətində 1213 finland ölüb.

Bu araşdırma nəticəsində 5 və 10 il ərzində ölüm proqnozu 83% dəqiqliklə olub. Amma bu dəqiqlik yaşı 60-dan çox olanlar arasında 72%-ə düşüb.

Bu 14 markerdən əksəriyyəti çoxdan məlumdur. Məsələn, qanda şəkərin miqdarı, "pis xolesterin”, iltihabla əlaqəli doymamış yağ turşuları, böyrək və qaraciyər problemlərini göstərə bilən albuminlərlə əlaqəli amillər və s. Ancaq digərləri, məsələn, asetoasetat ölümlə o qədər də açıq şəkildə əlaqələndirilmir və bir sıra əlavə tədqiqat tələb edir.

Bununla yanaşı, bu biomarkerlər ənənəvi metodlarla müqayisədə 5 və 10 illik ölüm riskinin proqnozunu açıq şəkildə yaxşılaşdırır. Tədqiqat müəllifləri yazır: "Bu nəticələr, metabolik biomarkerlərin profilləndirilməsi müvafiq klinik şəraitdə təsdiqlənərsə, xəstənin müalicəsini istiqamətləndirmək üçün istifadə edilə bilər".

Hazırda araşdırmalar davam edir. Çünki markerlər yalnız nəzəri deyil, klinik şəraitdə də sınanmalıdır. Üstəlik, araşdırmada əldə edilən bütün məlumatlar Avropa mənşəli insanlardan alınıb, ona görə də digər qruplara tətbiq oluna bilməz.

Tarix
2019.09.01 / 22:02
Müəllif
Axar.az
Digər xəbərlər

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla