Yuxarı

Kalsiumun sümük-dayaq sisteminə inanılmaz faydası

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kalsiumun sümük-dayaq sisteminə inanılmaz faydası

İnsan orqanizmində kalsium çatışmazlığı aktual problemlərdən biridir. Mütəxəssislərin fikrincə, əslində kalsium çatışmazlığının əsası uşaq yaşlarından yaranmağa başlayır. Tərkibində yetərincə kalsium olan qidalardan istifadə edilməməsi zaman keçdikcə öz təsirini göstərir.

Axar.az xəbər verir ki, süd əsl kalsium mənbəyidir. Müəyyən edilib ki, 1 stəkan süd içilməsi orqanizmin 13 qram karbohidrat, 8 qram yağ, 290 milliqram kalsium və digər vitaminlərlə təmin olunması deməkdir.

Süd zülallarının bitki mənşəli zülallara görə keyfiyyəti daha yüksəkdir. İnsan bədəni süd zülallarını daha yaxşı mənimsəyir. Xüsusilə böyümə, inkişaf çağında olan uşaqların sümüklərinin və toxuma zülallarının inkişafına faydalıdır. Bədəndəki yaraların sağalmasına və iltihabların aradan qaldırılmasında zülalın böyük təsiri var.

Həkim-endokrinoloq Gülay Məmmədova bu barədə Azərtac-a deyib: “Kalsiumla ən çox zəngin olan küncütdür. İspanaqda və yarpızda çox az miqdarda olsa da, kalsium var və onlardan orqanizmə lazım olan gündəlik kalsiumu almaq olmur. Həm də kalsiumu D vitamin ilə birlikdə qəbul etmək lazımdır ki, onun sümüklərə ötürülməsini təmin etsin”.

Tədqiqatlar nəticəsində məlum olub ki, gün ərzində 19-50 yaşlarında olanlar 1000 mq, 51 yaşdan yuxarı olanlar isə 1200 mq kalsium qəbul etməlidir. Kalsium çatışmazlığı orqanizmdə bir sıra problemlərə səbəb ola bilər.

Həkim-endokrinoloq deyib: “Kalsium mübadiləsi normal olanda təzyiq də normal olur. Kalsiumun ən başlıca göstəricisi orqanizmin qoruyucu sümük-dayaq sisteminin formalaşmasında böyük rol oynamasıdır. Sümük-dayaq sistemi nəinki hərəkət zamanı, həyati vacib orqan olan baş-beyin, ürək-damar və daxili orqanların qorunmasında bir karkas rolu oynayır”.

Tarix
2019.09.19 / 01:52
Müəllif
Axar.az
Digər xəbərlər

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla