Yuxarı

Quru meyvələrin mühüm faydası

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Quru meyvələrin mühüm faydası

Soyuq fəsillərdə quru meyvələrə daha çox tələbat olur. Təbii yolla qurudulmuş meyvələrin tərkibində orqanizm üçün vacib maddələr var.

Axar.az xəbər verir ki, quru meyvələr nə çox bərk, nə də əziləcək qədər yumşaq olmalıdır, çünki meyvə qurudulan zaman onun tərkibindəki nəmlik dərəcəsi 18-20 faizədək azalır. Bu isə o deməkdir ki, quru meyvə elastik və rahat yeyilən olmalıdır. Meyvənin üzərinin çox büzüşmüş olması onun düzgün qurudulmadığından xəbər verir. Həmin hal məhsulun keyfiyyətini aşağı salır.

Ərik qurusu həzm probleminə yaxşı təsir edir. Tərkibi bol miqdarda A, E, eləcə də B qrupu vitaminləri və kaliumla zəngin olan meyvə stressin də qarşısını alır, qan azlığını aradan qaldırır. Eyni zamanda görmə funksiyasını yaxşılaşdırır, immuniteti gücləndirir.

Banan qurusu karbohidratlarla zəngindir və bir çox xəstəliklərin dərmanıdır. Qan təzyiqini aşağı salır, hüceyrənin inkişafını, əzələ toxumasının tənzimlənməsini təmin edir, ürək döyüntüsünü normallaşdırır.

Gavalı qurusu da çox xeyirlidir. Tərkibində olan zəngin kalium və maqneziuma görə böyrək və revmatizm xəstəlikləri zamanı müsbət təsir göstərir, sümükləri möhkəmləndirir.

Tarix
2020.01.16 / 01:51
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla