Yuxarı

Süd məhsullarının istehlak qaydaları

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Süd məhsullarının istehlak qaydaları

Süd və süd məhsulları geniş istifadə olunan əvəzsiz qidalardır. Onlar yaxşı stimulyator rolu oynayır və orqanizmə daxil olan başqa qida maddələrinin mənimsənilməsi prosesini sürətləndirir.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, südün yüksək bioloji müalicəvi xassəsi onun tərkibindəki qiymətli zülalların, asan həzm olunan yağların və müxtəlif vitaminlərin zənginliyi ilə izah edilir.

Tərkibi C vitamini, dəmir, makro və mikro elementlərlə zəngin olan süd və süd məhsulları orqanizm üçün faydalıdır. Həmin məhsulların tərkibində xüsusilə, uşaqların, hamilə qadınların və yaşlıların sümük sağlamlığı üçün vacib olan kalsium, fosfor və digər minerallar var. Süd məhsullarının tərkibində orqanizmin normal inkişafını təmin edən bütün maddələr optimal nisbətdədir. Orta yaşlı insanlar gündə 200 ml, uşaq və yeniyetmələr, eləcə də hamilə qadınlar 600-800 ml süd istehlak etməlidir.

Çöküntüsüz və seliksiz, dadı təmiz, kənar iysiz, rəngi ağ sarıya çalan məhsul daha təbii və keyfiyyətli sayılır. Pasterizə edilmiş süd xəstəlik yaradan faktorlardan tamamilə, digər kiçik təsiredici faktorlardan və qismən təmizlənmiş qida məhsuludur. Soyuq şəraitdə saxlanıldıqda məhsulun davamlılıq müddəti 5 gündür. Həmin məhsullarda xəstəlik törədən bakteriyaların mövcudluğuna yol verilməməli, konsentrasiyası bircinsli olmalıdır. Pasterizə olunmuş süd soyuducuda yaz-yay aylarında 4-5 dərəcə temperaturda 1 gün, qış aylarında isə 2-3 gün saxlanıla bilər.

Saxlanma müddəti bitəndən sonra südün qida rasionuna daxil edilməsi ciddi təhlükə mənbəyi rolu oynayır. Ona görə də süd alarkən və ondan istifadə zamanı diqqətli olmaq lazımdır.

Tarix
2020.01.24 / 02:03
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla