Yuxarı

Çinlilər koronavirusu bu bitki ilə müalicə edirlər

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çinlilər koronavirusu bu bitki ilə müalicə edirlər

Çin alimləri koronavirusun müalicəsində bir neçə preparatın kombinasiyasından istifadə edirlər.

Axar.az Sağlamolun.az-a istinadən bildirir ki, oların arasında malyariya xəstəliyinin profilaktikasında istifadə olunan xloroxinfosfat, ribavirin, interferon və ya lopinavir (QİÇS-in müalicəsində istifadə olunur) və arbidol.

Koronavirusdan sağalmış Uxan sakini olan Tsuy İnsun adlı yaşlı qadın kp.ru-ya keçdiyi müalicə və karantin haqqında maraqlı məlumatlar verib. Qadının sözlərinə görə, müalicə zamanı virusəleyhinə və ümumimöhkəmləndirici preparatlar istifadə olunurdu, ona çoxlu iynə və “sistem”lər vurulurdu. Həmçinin qadın bildirib ki, həkimlər onun çoxlu su içməyinə nəzarət edirdilər.

Ənənəvi təbabət vasitələrindən əlavə koronavirusun müalicəsində çin xalq təbabəti vasitələrindən də istifadə olunur. Ən populyar reseptlərdən biri efedra və biyan kökü bitkilərinin dəmləməsidir. Cinin Səhiyyə Komitəsi bu dəmləmədən dərmanlarla yanaşı istifadə etməyi tövsiyə edir.

Nəzərinizə çatdıraq ki, biyan Azərbaycanda da bitir.

Biyan kökünün əsas faydası onun insanın immun sisteminə olan müsbət təsiridir. Biyan kökü immun sistemini stimullaşdırır, möhkəmləndirir ki, orqanizm infeksiya, virus və iltihabla daha asan və tez mübarizə aparır.

Həmçinin biyan kökü sınanmış bəlğəmgətirici vasitədir - bəlğəmi durulaşdırır və onun nəfəs yollarından xaric olunmasını asanlaşdırır.

Biyan kökündən immuniteti möhkəmləndirən xüsusi çay hazırlamaq olar. Bu çaydan xüsusilə virus epidemiyaları zamanı istifadə etmək yaxşıdır. 1 çay qaşığı biyan kökü 1 fincan qaynar suda dəmlənilir, soyudulur, 1 çay qaşığı bal əlavə olunur. Bu faydalı çayı gündə 1 dəfə içmək olar.

Tarix
2020.02.29 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla