Yuxarı

Bədbəxt və problemli insan qalmayacaq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bədbəxt və problemli insan qalmayacaq

Son zamanlar depressiya və intiharlara qarşı mübarizənin ən gözəl üsulu aşkarlanıb.

Axar.az Rusiya mətbuatına istinadən bildirir ki, müasir insan özündə 20 uğurlu psixoloji cəhət kəşf etdikdə, depressiya və stressdən azad olur, gələcək planları üçün özündə geniş stimul yarada bilir.

İnsanlarda stimul yaradan 20 faydalı məsləhəti təqdim edirik:

1. Dramatizmi komediya kimi qəbul etmək bacarığı.

2. Kömək istəməkdən çəkinməmək.

3. Xüsusi mənəvi ölçüləriniz olduğunu unutmayın.

4. Sizi narahat edən bütün amillərdən və insanlardan uzaq olmağa çalışın.

5. Güzgü qarşısında dayandıqda qürur hissi keçirin.

6. Unutmalı deyilsiniz ki, uğursuzluq və xətalar həyatın bir parçasıdır; onları asanlıqla dəf etməyə özünüzdə güc tapın.

7. Yaxın adamlardan ibarət xüsusi yardım dəstəsi olduğunu unutmayın; onlar sizə istənilən zaman dəstək ola bilər.

8. Az giley-güzar edin. Bu sizi mənfi enerji ilə yükləmədən xilas edə bilər.

9. Başqalarının uğurlarına sevinməyi bacarın, paxıllıq etməyin.

10. Sevimli məşğuliyyətiniz olmalıdır.

11. Məqsədinizə doğru irəliləməyə çalışın.

12. Sizin həyata keçə biləcək arzularınız olduğunu unutmayın.

13. Başqalarının probleminə anlayışla yanaşın, onlara kömək etməyə çalışın.

14. Unutmayın ki, siz sevimlisiniz və özünüz də sevməyə çalışın.

15. Özünüzü qurban qismində hiss etməyin, bu sizin üçün deyil. Sevgi insan orqanizmində olan endomorfinlərin sayını artırır, bədəni müsbət enerji ilə yükləyir.

16. Ərafdakı insanların fikri və sözləri sizi narahat etməli deyil.

17. İstənilən vəziyyətə müsbət yanaşmağa çalışın.

18. Dəyişilməz amil və şəraiti olduğu kimi qəbul etməyə çalışın.

19. Unutmayın ki, siz yalnız dəyişdirə biləcəyinizi qəbul edə bilərsiniz.

20. Hər zaman özünüzü xoşbəxt hiss etməyi bacarın, çünki kiçik bir xoşbəxtlik xilasa doğru böyük uğurdur.

Tarix
2015.02.27 / 08:45
Müəllif
Aynur Nurlu
Digər xəbərlər

Azərbaycan öz məqsədlərinə doğru inamla irəliləyir

MOSSAD İlham Əliyevin bəyanatını yaydı – Foto

Gəmilərimizə qarşı sanksiya: ASCO hərəkətə keçdi

Bastrıkinin Bakıya məktubu: Putin Bakıya mesaj ötürür

Prezidentin baxışı: Daha az məmur, daha çox səlahiyyət

ABŞ beynəlxalq hüququ məhv etdi: Hamı başlayacaq...

BMT-nin Azərbaycandakı müvəqqəti rezidenti bu şəxs olacaq

İranla Rusiyanın təzyiqi və Əliyevin cavabı!

Azərbaycanın sayəsində 100 milyon dollar qənaət edəcəyik

Çin Maduronun oğurlanmasından çox narahatdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla