Yuxarı

Hərbi həkim virusa qarşı sovet metodundan danışdı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hərbi həkim virusa qarşı sovet metodundan danışdı

Rusiyanın Kirov adına xəstəxanasının aparıcı psixoterapevti, sovet illərində hərbi həkim işləmiş tanınmış həkim Nikolay Kosenkov özünün təcrübədən keçirdiyi köhnə bir metodu yada salıb.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, o, 1978-ci ildə ölkədə çox güclü qrip epidemiyasının yayıldığını və bütün yeni həkimlərin ölkəboyu tibbi məntəqələrə yardım üçün səfərbər edildiyini xatırladıb.

“Xəstəxanaya hər gün ağır infeksiyalı xəstələr gəlirdi. 2 gecə idi ki, ölənlər olurdu. Tibb işçilərinin yoluxmaması mümkün deyildi. O zaman biz heparinin virus xəstəliklərinə qarşı istifadəsini sınamaq qərarına gəldik. Bəs necə edək ki, heparini infeksiyasız orqanizmə daxil edək? Belə bir ideya yarandı ki, 0,1 ml heparini qəndə damızdırıb, dilin altına qoyub əritməklə...

Əvvəlcə biz həkimlər bunu sınadıq. Hər dəfə xəstə ilə kontaktdan 1 saat öncə qəndi dil altına qoyurduq. Həqiqətən də kömək etdi. Həmin vaxt kursda yeganə yoluxmayan bir-iki həkim oldu, onun da biri mən idim.

Hesab edirəm ki, bu metodu koronavirusa yoluxmamaq üçün də istifadə etmək olar. Yeri gəlmişkən, xarici elmi tibbi məqalələrdə, virus infeksiyalarında heparinin effektivliyi barədə çox yazılıb. Həkimlər bu barədə düşünsə, yaxşı olar. Amma adi insanlar özbaşına heparinlə müalicəyə qalxmasınlar. Öncə həkimlə məsləhətləşsinlər”, - o deyib.

Tarix
2020.03.29 / 00:19
Müəllif
Axar.az
Digər xəbərlər

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla