Yuxarı

ÜST sözçüsü korona ilə bağlı xəbərdarlıq etdi - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
ÜST sözçüsü korona ilə bağlı xəbərdarlıq etdi - Video

Epidemiyanın necə inkişaf edəcəyini bilmirik. Bu, hamımız üçün yeni situasiyadır. Biz proqnoz verə bilmərik. Vəziyyətə diqqətlə nəzər salsaq, dünyanın müxtəlif ölkələrində, keçmişdə yoluxmanın çox olmadığı yerlərdə pik hallar, ocaqlar gözləyə bilərik.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasının (AzTV) “Koronavirus İnfo” verilişinə onlayn formatda müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Tarik Yasareviç deyib.

Onun sözlərinə görə, müxtəlif ölkələr tətbiq etdiyi sərt tədbirləri aradan qaldırdıqca, risk yaranır: “Aparılan seroloji analizlərin ilkin nəticələri onu göstərir ki, çox az sayda adamda anticisimlər var. Əksəriyyətin, insanların 90 faizdən çoxunun bu yeni virusa yoluxma riski var. Bu səbəbdən də biz müəyyən tədbirləri saxlamalıyıq”.

T.Yaşareviç vaksinin tapılması üçün bütün dünyada çox sayda tədqiqatçı tərəfindən gərgin iş aparıldığını diqqətə çatdırıb:

“Ümumdünya Səhiyyə Təşkilatında qeydiyyata alınmış 100-dən çox potensial vaksin var və onların çoxu artıq sınaqların birinci mərhələsindədir. Bu o deməkdir ki, onlar artıq insanlar üzərində sınaqdan keçirilib. Kliniki sınaqlara keçmək müəyyən vaxt aparacaq. Çünki baxmayaraq ki, vaksinlər üzərində işi sürətləndirə bilərik, hələ də ciddi elmi yanaşmaya əməl etməliyik və kliniki sınaqlar vasitəsilə vaksinin ilk növbədə təhlükəsiz, eyni zamada effektiv olduğuna əmin olmalıyıq. Bunun üçün bir neçə ay lazımdır. Sonra biz bu vaksinin istehsalı, eləcə də onun paylaşdırılması məsələsini nəzərdən keçirməliyik. Hər şey qaydasında getsə, bir il ərzində vaksinə sahib ola bilərik. Eyni zamanda biz mümkün müalicələri nəzərdən keçiririk”.

ÜST sözçüsü vurğulayıb ki, dövlətlərin səhiyyə sistemləri bir daha nəzərdən keçirilməlidir: “Buradan çıxarılacaq dərslərdən biri ondan ibarətdir ki, hər kəs həm dövlətlər səviyyəsində, həm də beynəlxalq səviyyədə səhiyyə sistemlərini nəzərdən keçirməlidir və daha çox investisiya yatırmağa ehtiyac olduğunu dərk etməlidir”.

Müsahibənin tam versiyasına təqdim etdiyimiz videodan baxa bilərsiniz.

Tarix
2020.05.28 / 12:46
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanda mitinqdə azərbaycanca səs yazısı - Video

İrəvan bu dəyişiklikləri etməsə... - Dəmirtürk

Bu türk ölkəsi ilə hərbi əməkdaşlıq müzakirə edildi - MN

Argentina səfiri ADU-nun qonağı oldu

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Nazirlər Kabinetindən mühüm qərar

Saakaşvilidən ermənilərə müraciət: Ona səs verin!

AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

Deputat Bakı Enerji Həftəsinin əhəmiyyətindən danışdı

Türkiyədə ermənilərlə görüş: Bakı ilə münasibətləri sarsıtmaq...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla