Yuxarı

Diyetoloqdan qida rasionu ilə bağlı önəmli tövsiyə

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Diyetoloqdan qida rasionu ilə bağlı önəmli tövsiyə

İsti havada süd, qatıq, kefir, smetan və digər süd məhsullarından sərinləmək üçün çox istifadə edilir. Onlar maddələr mübadiləsini tənzimləyir, həzm prosesini asanlaşdırır. Tərkibində B1, B2, B12 və D vitaminləri olan ağartı məhsulları mədə-bağırsaq xəstəlikləri yaradan mikrobları məhv edir. Süd və süd məhsulları zülal, lipid, mineral maddə, mikroelement və müxtəlif fermentlərlə də zəngindir. Sümük və əzələlərin möhkəmlənməsində, həzm prosesinin yaxşılaşmasında həmin qidaların əvəzsiz rolu var. Diyetoloqlar ağartı məhsullarını gündəlik rasiona daxil etməyi yaşından asılı olmayaraq hər kəsə məsləhət görürlər.

Axar.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin həkim-diyetoloqu Leyla Zülfüqarlı deyib:

“Karantin rejimi şəraitində orqanizm toksin və şlaklarla yüklənib və onları orqanizmdən qovmaq üçün ən səmərəli üsul qatıq və kefir qəbul etməkdir”.

Həmin məhsullar nə qədər faydalı olsa da, istehlak zamanı bəzi məqamlara diqqət yetirmək lazımdır. Ağartı məhsulları insan orqanizmi üçün olduqca faydalıdır. Lakin onların istifadə tarixinə fikir vermək lazımdır. Üç gündən çox qalan süd və süd məhsullarının faydası azalır.

Tarix
2020.07.01 / 02:02
Müəllif
Axar.az
Digər xəbərlər

"Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir?

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Bakıdakı səfir Acarıstanın sədri ola bilər

İsrailin Azərbaycandakı sabiq səfirinə vəzifə verildi - Foto

Laçın postunun qurulmasının Zəfər tarixində strateji əhəmiyyəti

İran səfiri İlham Əliyevə təşəkkür etdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq...

Paşinyan Anna ilə barışdı

Xəzər dənizindəki limanlara hücum... – İran səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla