Yuxarı

Şüyüdün orqanizmə faydaları nələrdir?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şüyüdün orqanizmə faydaları nələrdir?

Yeməyə xüsusi dad və ləzzət vermək üçün salat, tərəvəz, ət və balıq yeməklərinə əlavə edilən şüyüd süfrələrdə ən çox istifadə olunan göyərtilərdəndir.

Axar.az xəbər verir ki, şüyüdün tərkibində B və C vitaminləri, fol turşusu və kalsium, kalium, fosfor və dəmir duzları var. Ondan istifadə edilməsi görmə qabiliyyətinə faydalı təsir edir, sinir sisteminin fəaliyyətini gücləndirir.

Şüyüdün cəfəri kimi kəskin qoxusu yoxdur və xoş dadı var. Onun qəbul edilməsi iştahanı artırır və mədə-bağırsaq traktının işini yaxşılaşdırır. Bitkinin heyrətamiz bir xüsusiyyəti də körpələrdə qarın problemini aradan qaldırmasıdır. Bunun üçün süd verən anaların onu öz menyusuna əlavə etməsi lazımdır.

Bundan əlavə, göyərti maddələr mübadiləsini yaxşılaşdırır. Artıq çəki problemi zamanı da onun rasiona əlavə edilməsi müsbət nəticələr verir. Şüyüd infeksiya ilə mübarizədə də təsirli vasitədir, ona görə sistit və böyrək xəstəlikləri zamanı ondan istifadə məsləhətdir.

Qıcıqlanmış dərini sakitləşdirdiyinə və iltihabı aradan qaldırdığına görə ev şəraitində kosmetoloji vasitə kimi də istifadə olunur.

Şüyüdün faydalı xüsusiyyətlərindən biri də yuxusuzluğa qarşı müsbət təsiridir. Ondan istifadə etməklə ağır iş və xroniki yorğunluq səbəbindən ortaya çıxan yuxu problemlərindən azad olmaq və baş ağrısını müalicə etmək mümkün olur. Ürək-damar sisteminə təsiri çox faydalıdır, o qan təzyiqini azaldır və orqanizmi sakitləşdirir. Şüyüd dəmləməsi soyuqdəyməyə kömək edir.

Tarix
2020.07.07 / 02:06
Müəllif
Axar.az
Digər xəbərlər

İrandan Azərbaycana təxliyə edilənlərin sayı...

Azərbaycanla problemimiz yoxdur, lakin… - Laricani

İranın qonşu ölkələrə hücum strategiyası: üç taktika...

Pezeşkian Əliyevə mesaj göndərdi: Nələrə işarə etdi?

Almaniya və İspaniya diplomatları da təxliyə olundu

Mehriban Əliyeva Azərbaycan qadınlarını təbrik etdi

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı şok etdi

SEPAH-dan növbəti böhtan: Azərbaycanı hədələdi - Foto

Hakimiyyətdəki Türkiyə əleyhinə qruplaşma zərərsizləşdirildi

Azərbaycan səfirliyinin avtomobili qəzaya düşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla