Yuxarı

İsrail koronavirus vaksinini sınaqdan keçirir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail koronavirus vaksinini sınaqdan keçirir

Noyabrın 1-dən etibarən İsrailin Bioloji Tədqiqatlar İnstitutu koronavirusa qarşı peyvəndin sınaqlarına başlayacaq.

Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat verib.

Məlumata əsasən peyvənd öncə 80 nəfərlik bir qrup üzərində sınaqdan keçiriləcək. Əgər onlar peyvəndə yaxşı reaksiya verərsə, dekabrda sınaqlarda 960 könüllü iştirak edəcək. Son mərhələdə isə - gələn ilin aprelindən may ayınadək 30 min nəfər sınaqdan keçiriləcək.

Testlər Qüdsdəki Hadassa Xəstəxanasında və Təl-Əviv yaxınlığındakı Şəba Tibb Mərkəzində aparılacaq. Peyvəndin təsirli və təhlükəsiz olduğu aşkar edilərsə, istifadə üçün təsdiqlənəcək.

Qeyd edək ki, Bioloji Tədqiqat İnstitutu gəmiricilərdə COVID-19 əleyhinə bir peyvəndin sınaqlarının artıq uğurlu olduğunu elan edib.

Tarix
2020.10.26 / 12:40
Müəllif
Xədicə Nəbiyeva
Digər xəbərlər

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla