Yuxarı

Bu problem həll edilməsə, ölənlərin sayı artacaq - Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu problem həll edilməsə, ölənlərin sayı artacaq - Həkim

Koronavirusa qalib gəlməyin yeganə yolu testləşdirmə sayını çoxaltmaq və yoluxan xəstələri vaxtında müalicə etməkdir.

Bunu Axar.az-a həkim Qalib Əsədov deyib. O bildirib ki, karantinin bundan sonra sərtləşdirilməsinin nəticəsi olmaya bilər:

“İstənilən infeksion xəstəliklərə qalib gəlmək üçün əsas iki şərt var:

1. İnfeksion ocaq (xəstə) mümkün qədər tez aşkar olunmalıdır.

2. Dərhal müalicə tədbirlərinə başlanmalıdır.

Koronavirusa qalib gəlmək üçün dünya praktikasından yaralanmaq lazımdır. İri ticarət mərkəzlərini, restoran-kafeləri bağlamaq düzgün addım deyil. Yalnız mümkün qədər çoxlu test müayinəsi aparmaq və nəticəsi pozitiv çıxanları, onlarla ünsiyyətdə olanları nəzarətdə saxlamaq lazımdır. Əgər bu gün səhiyyəmiz hərarəti olan xəstədə COVİD-19 diaqnozunu ən tezi bir həftəyə qoyursa, apteklərdə antiviral dərmanlar yoxdursa, bu zaman görülən bütün digər karantin tədbirlərinin heç bir mənası və əhəmiyyəti yoxdur. Bu problem həll olunmasa, xəstələrin və həyatını itirənlərin sayı daha da çoxalacaq”.

Tarix
2020.12.01 / 11:55
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla